Cəsur Karl

Cəsur Karl (fr. Charles le Téméraire; 10 noyabr 1433[1], Dijon[2]5 yanvar 1477[1], Nansi[1]— Burqundiya hersoqu (1467-ci ildən), Valua sülaləsinin yan qolunun nümayəndəsi.[3]

Cəsur Karl
fr. Charles le Téméraire
ƏvvəlkiXeyirxah Filipp
SonrakıBurqonlu Mariya
Şəxsi məlumatlar
Doğum tarixi 10 noyabr 1433[1]
Doğum yeri
Vəfat tarixi 5 yanvar 1477[1] (43 yaşında)
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Fəaliyyəti siyasətçi
Atası Xeyirxah Filipp
Anası Portuqaliyalı İzabella
Həyat yoldaşları Valualı Ketrin
Burbonlu İzabella
Yorklu Marqarit
Uşağı Burqonlu Mariya
Ailəsi Valua sülaləsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Xeyirxah Filipp və Portuqaliyalı İzabellanın (1397–1471) oğlu. Flandriyada tərbiyə almışdır. Gentdə baş vermiş üsyanın (1452–53) yatırılmasında iştirak etmişdir. Burqundiya hersoqluğunun geniş, lakin pərakəndə yerləşən torpaqlarını birəşdirib müstəqil krallıq yaratmağa çalışırdı. Fransa fyeflərinin Paris parlamentinin tabeliyindən çıxarılması məqsədilə məhkəmə sistemində islahat keçirmişdir. 1473-cü ildə (Tionvil ordonansı) Mehelendə özünün şimal mülkləri üçün vahid ali məhkəmə orqanı (parlament) və maliyyə idarəsini (hesablama palatası) yaratmışdır. Peşəkar ordunun (14711473-cü illərin ordonansları) təşkili onun adı ilə bağlıdır. Fransadakı mülklərinin müstəqilliyini əldə etmək məqsədi ilə öz süzereni kral XI Lüdoviklə siyasi rəqabət aparmış, onun mərkəzləşdirmə siyasətinə qarşı çıxmışdır.

İrsi

1465-ci ildə Ümumi rifah liqasında iştirak etmişdir. İngiltərənin dəstəyinə ümid edərək IV Eduardın bacısı Marqarita (14461503) ilə evlənmişdir. Öz mülklərini genişləndirərək, 1474–77 illərdə İsveçrə və Lotaringiya ilə fasiləsiz müharibələr (Burqundiya müharibələri) aparmışdır.Nansinin mühasirəsi zamanı həlak olmuşdur. Onun Fransa mülkləri (Pikardiya, Burqundiya hersoqluğu, Franş-Konte, Artua və Bulonne) XI Lüdovik tərəfindən ilhaq edilmişdir. Qalan torpaqların varisi isə Cəsur Karlın qızı Burqundiyalı Mariya olmuşdur. Cəsur Karl sağlığında Böyük Aslan, Döyüşçü, Qorxulu və İgid ləqəbləri ilə məşhur idi; Cəsur ləqəbi isə ona 18-ci əsrin sonu – 19-cu əsrin əvvəllərində verilmişdi.[3]

Həmçinin bax

İstinadlar

  1. Deutsche Nationalbibliothek Record #118560026 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Карл Смелый // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. Cəsur Karl// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 333

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.