Cənubi Sentinel adası

Cənubi Sentinel adası (ing. South Sentinel Island) — Andaman adaları qrupuna daxil olan ada. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Ada 1600 m uzunluğa, 160 ha əraziyə sahibdir.

Cənubi Sentinel adası
ing. South Sentinel Islande
Ümumi məlumatlar
Sahəsi 1,6 km²
Hündür nöqtəsi 2 m
Əhalisi 0 nəfər (2011-ci il)
Yerləşməsi
10°58′37″ şm. e. 92°13′18″ ş. u.
Ölkə  Hindistan
Arxipelaq
Cənubi Sentinel adası xəritədə
Cənubi Sentinel adası
Cənubi Sentinel adası

Ada Kiçik Andamanan 26,5 km şimal-qərbdə, Şimali Sentinel adasından isə 59,6 km cənubda yerləşir. Bir mərcan adası olması ehtimal edilir. XIX əsrə aid olan məlumatda, polkovnik Alkok yazır:

" «cənub adası dəniz səviyyəsindən bir neçə fut hündürlüyə sahibdir və mərcanlar ətrafını sarmışdır». "

Adada yaşayış yoxdur. Mayak istisna olmaqla tikili yoxdur[1].

İdarəetmə

Siyasi cəhətdən Cənubi Sentinel Adası Kiçik Andaman Talukun bir hissəsidir.

2018-ci ildə Hindistan hökuməti turizmi inkişaf etdirmək məqsədilə 29 adanı, o cümlədən Cənubi Sentineli 31 dekabr 2022-ci ilə qədər Məhdud Ərazi İcazəsi (REP) rejimindən çıxardı.[2] Bununla belə, 2018-ci ilin noyabrında hökumətin Daxili İşlər Nazirliyi qadağanın yumşaldılmasının yalnız əvvəlcədən təsdiq edilmiş icazəsi olan tədqiqatçılar və antropoloqların Sentinel adalarını ziyarət etmələrinə icazə vermək məqsədi daşıdığını bildirdi.[3]

İstinadlar

  1. "Directorate General Of Lighthouses And Lightships". 2013-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-23.
  2. "Sentinelese Tribe: What Headlines Won't Tell You About Eco-Tourism". The Quint (ingilis). 2018-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-25.
  3. "US National Defied 3-tier Curbs & Caution to Reach Island". Times of India (ingilis). 2018-11-23. 2018-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-25.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.