Cənubi Sakit okean mandatı
Cənubi Sakit okean mandatı[1] (yap. 南洋庁) — Millətlər Liqasının qərarı ilə Almaniya imperasının Birinci Dünya müharibəsində məğlubiyyətindən sonra Sakit okeanda yerləşən müstəmləkələr Yaponiya imperiyasının mandatlığına verilmişdir. Mandatlıq 1919-cu ildən 1947-ci ilə qədər davam etmişdir.
asılı ərazi | |||||
Cənubi Sakit okean mandatı | |||||
---|---|---|---|---|---|
yap. 南洋庁 | |||||
|
|||||
←
→
|
|||||
Dilləri | yapon dili, Avstroneziya dilləri | ||||
Rəsmi dilləri | Yapon dili | ||||
Valyuta | Yapon yeni | ||||
İdarəetmə forması | konstitusiyalı monarxiya | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
İngilis-yapon birliyinin şərtlərinə müvafiq olaraq 23 avqust 1914[2]-ci ildə Yaponiya imperiyası Almaniyaya müharibə elan edir. İngilislərlə birlikdə Sindao hücumu həyata keçilir. Yaponiya İmperiya donanmasının hədəfi Almaniya Şərqi-Asiya kreyser eskadrosunu darmadağın edmək və Sakit, Hind okeanlarında dəniz yollarının təhlükəsizliyi təmin etmək vəzifəsini üzərinə götürürlər. Bu vəzifələrin yerinə yetirilməsi zamanı 1914-cü ilin oktyabr ayında Yaponiya donanması Almaniyanın okeaniyadakı mülkləri olan Marian adaları, Karolin adaları, Marşall adaları[3] və Palau arxipelaqına hücum təşkil edilir.
Müharibənin bitməsi ilə Paris Sülh Konfransında rəsmən ərazilərin Yaponiyanın işğalı tanınır. Mandatın kateqoriyası "C" olaraq tətbiq edilir. Yaponlar bir müddət sonra adaların iqtisadi inkişafına xüsusi diqqət yetirir. Adalara koreyalılar, yaponlar və okinavalılar köçürülür. Bir müddət sonra gəlmələrin sayı yerliləri keçir.
1930-х illərdə mandat ərazilərdə hərbi infrastruktura qurur. Bu addımlar gizlin aparılır. Bu Vaşınton dəniz anlaşmasına zidd olması demək idi. Adalar çoxlu sayda dəniz qüvvələri yerləşdirilməsi öz növbəsində müharibəyə hazırlaşmasının əlaməti idi.
1943–1945 illərdə baş tutmuş Hilbert-Marşall və Marian əməliyyatları zamanı Yaponiya ərazi üzərində nəzarəti itirmişdir.
Millətlər Liqasının verdiyi mandat BMTının qərarı ilə 1947 iln iyul tarixində Sakit Okean asılı adalar ərazisi olaraq ABŞ nəzarətinə verilir.
İstinadlar
- "Cənubi Sakit okean mandatı". 2005-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-29.
- Ponsonby-Fane, p. 348.
- Richard Ponsonby-Fane. (1962). Sovereign and Subject, pp. 346–353.