Cənubi Qafqaz kərtənkələciyi
Cənubi Qafqaz kərtənkələciyi (lat. Eremias pleskei) — Kərtənkələcik fəsiləsinə aid kərtənkələ növü.
Cənubi Qafqaz kərtənkələciyi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Cənubi Qafqaz kərtənkələciyi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Xariçi görünüş
Kiçik ölçülü kərtənkələdir. Bədəninin uzunluğu 6 sm təşkil edir. Quyrunun yuxarı nahiyəsinin pulcuqları hamardır. Yuxarı hissəsində parlaq-sarı və ya parlaq-qəhvəyi 7 zolaq vardır. Arxa ayaqlarında ağ və sarı airəvi gözçüklər vardır.
Həyat tərzi
Onlar əsasən gilli və daşlı yarımsəhralarda kolluqların arasında yaşayırlar. Onlara hətta 1800 metr yüksəkliklərdə belə rast gəlinir. Qışlamadan mart-aprel aylarında qayıdırlar. 1,4 sm uzunluğa malik 3–4 yumurta qoyurlar. Bəzən iki dəfə yumurta qoya bilirlər.
Yayıldığı ərazilər
Bu növ əsasən Araz çayının orta axarları boyunca, dörd ölkənin ərazisində yayılmışdır: Azərbaycan, İran, Ermənistan və Türkiyə.
Ədəbiyyat
А. Г. Банников, И. С. Даревский, А. К. Рустамов. Земноводные и пресмыкающиеся СССР / под ред. проф. А. Г. Банникова. — М.: Мысль, 1971. — С. 155–157. — 303 с. Ананьева Н. Б., Орлов Н. Л., Халиков Р. Г., Даревский И. С., Рябов С. А., Барабанов А. В. Атлас пресмыкающихся Северной Евразии (таксономическое разнообразие, географическое распространение и природоохранный статус). — СПб.: Зоологический институт РАН, 2004. — С. 98. — 1000 экз. — ISBN 5-98092-007-2.
İstinadlar
- The Reptile Database (ing.). / P. Uetz 2015.