Cənubi Antil adaları
Cənubi Antil adaları (nid. Benedenwindse Eilanden, isp. Islas de Sotavento, ing. Leeward Islands), Kiçik Antil adalarının cənub hissəsində, Venesuela sahillərinə yaxın ərazidə yerləşən və əsasən vulkanik adalardan ibarət olan adalar qrupu.
Cənubi Antil adaları | |
---|---|
nid. Benedenwindse Eilanden, isp. Islas de Sotavento, ing. Leeward Islands | |
Ümumi məlumatlar | |
Ən böyük adası | Marqarita adası |
Ümumi sahəsi |
|
Hündür nöqtəsi | 372 m |
Əhalisi | 700.000 nəfər (2009-cu il) |
Yerləşməsi | |
12°11′10″ şm. e. 68°59′22″ q. u. | |
Ölkələr | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Adaların ümumi sahəsi 2000 km², hündürlüyü 372 metr təşkil edir.
Tərkibinə daxil olan adalar:
Ada | Sahə, km² |
Əhali, nəf. |
Sıxlıq, nəf./km² |
Dövlət |
---|---|---|---|---|
Aruba | 180,0 | 106 050 | 589,17 | Niderland |
Boneyr | 288,0 | 13 389 | 46,49 | Niderland |
Kürasao | 444,0 | 142 180 | 320,23 | Niderland |
Narqarita adası | 956,8 | 436 900 | 456,63 | Venesuela |
Orçila | 40,0 | 100 | 2,5 | Venesuela |
Los-Rokes | 41,0 | 1 471 | 35,88 | Venesuela |
Koçe | 61,0 | 8 242 | 135,11 | Venesuela |
Blankilya | 65,0 | 0 | 0 | Venesuela |
Las-Aves | 3,35 | 0 | 0 | Venesuela |
Los-Ermanos | 2,1 | 0 | 0 | Venesuela |
İri adalar ısasən vulkanik məşhəlli olub metamorfik və kristalik suxurlardan ibarətdir. Kiçik adalar isə mərcan və qumlu dayazlıqkardan ibarət olur. İqlimi tropikdir il ərzində 500–600 mm yağıntı düşür. Burada həmişəyaşıl kol və meşəliklər vardır.
Əhalisi
2009-cu il məlumatına görə adalarda 0,7 mln insan yaşayır. Onlar əsasən zəncilər, mulatlar və hollandlardan ibarət olan ağlar yaşaylr.
Ən böyük şəhəri Kürasao adasında yerləşən Villemstad şəhəridir.
İqtisadiyyat
Burada batat, banan yetişdirilir, keçi, qoyun saxlanılır. Aruba və Kürasao Cenesuelaya məxsus neft emalı zavodlar vardır. Son zamanlar turizm inkişaf edir.
Mənbə
- Levander, Alan, et al. 2006 (28 February). Evolution of the Southern Caribbean Plate Boundary. (abstract Arxivləşdirilib 2012-02-05 at the Wayback Machine; article) Eos, Transactions, American Geophysical Union, 87(9): 97,100.
- Levander, Alan, et al. 2006 (accessed 27 August). Collaborative Research: Crust-Mantle Interactions During Continental Growth and High-Pressure Rock Exhumation at an Oblique Arc-Continent Collision Zone: Geology of Northeastern Venezuela Arxivləşdirilib 2005-08-25 at the Wayback Machine. SE Caribbean Plate Boundary Continental Dynamics Project Arxivləşdirilib 2008-08-19 at the Wayback Machine. Houston, TX: Rice University.