Cənub adası (Yeni Zelandiya)

Cənub adası (ing. South Island, mao. Te Wai-pounamuTe-Vai-Pounamu,1840-cı illərdə həmcinin Yeni Manster) — Yeni Zelandiyanın sahəsinə görə birinci adasıdır.

Cənub adası
ing. South Island, mao. Te Wai-pounamu
Ümumi məlumatlar
Sahəsi 150437 km²
Hündür nöqtəsi 3754 m
Əhalisi 1.038.600 nəfər (2010-cu il)
Yerləşməsi
43°59′ c. e. 170°27′ ş. u.
Ölkə  Yeni Zelandiya
Akvatoriya
Cənub adası xəritədə
Cənub adası
Cənub adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Adanın sahəsi — 150 437[1] km² təşkil edir, bu isə Adaların dünyada sahəsinə görə sıralamasında 12-ci yerdə gedir. Kuk boğazı Şimaladadı ilə Cənub adasını bir-birindən ayırır. —

Adanın qərb sahillərinə yaxın Cənubi Alp dağları uzanır. Burada Yeni Zelandiyanın ən hündür zirvəsi olan Kuk dağı (3754 m) yerləşir. Cəbubi Alp dağlarında olan 18 zirənin hündürlüyü 3000 metri keçir. Dağlarda 360 buzlaq vardır. Onlardan ən böyükləri: Tasman buzlağı, Frans-İosif buzlağı və Foks buzlağı. Dağlar arası düzənliklər geniş yayılmışdır. Burada Te-Anau, Manapouri, Uakatipu və Havea kimi gölləri vardır. Ən böyük şəlaləsi Saterlend şəlaləsidir və hündürlüyü 580 m çatır.

Burada bir sıra emdemik canlı növlərinə rast gəlmək olar.

Əhalisi

2010-cu il siyahıya almasına əsasən adada 1 038 600 insan yaşayır, bu isə Yeni Zelandiya əhalisinin 24 % təşkil edir. Ən iri şəhərləri: — Kraystçerç, Danidin.

İstinadlar

  1. "Quick Facts - Land and Environment : Geography - Physical Features". Statistics New Zealand. 2000. 2012-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 August 2012.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.