Cənub Qaz Dəhlizi
Cənub Qaz Dəhlizi — Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirmək, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisini və Avropada TAP qaz kəmərini genişləndirilməsi üzrə layihədir.[1][2] Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.

İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə təchiz edilməsi planlaşdırılır. Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir.[3] Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.[4]
Layihənin məqsədi
Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK) və yeni tikiləcək TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir.[5] Layihənin əsas məqsədi Avropaya qaz tədarükünün təhlükəsizliyinin təmin edilməsi və artırılmasıdır.
Əsas şirkətlər
Müxtəlif layihələrdə iştirak edən əsas şirkətlər: Axpo (İsveçrə), BOTAŞ (Türkiyə), BP (Böyük Britaniya), Enagás (İspaniya), Fluxys (Belçika), LUKoyl (Rusiya), Naftiran Intertrade (Iran), Petronas (Malayziya), SOCAR (Azərbaycan), Statoil (Norveç), Total (Fransa) və TPAO (Türkiyə).[6]
İstinadlar
- "Президент Азербайджана принял участие в церемонии закладки "Южного газового коридора" (ФОТО)". 2018-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-08.
- "Инвестиции в «Южный газовый коридор» составят $45 млрд". 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-08.
- "BP: 3500-километровый Южный газовый коридор для Европы заработает не ранее конца 2019 года". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-08.
- "Cənub Qaz Dəhlizi". 2017-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-08.
- "Asiya İnfrastruktur İnvestisiya Bankının TANAP-a kredit ayırmasına dair müqavilə imzalanıb". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-08.
- "Arxivlənmiş surət" (PDF). 2022-04-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-08-09.