Cənub-Qərbi Qafqaz Cümhuriyyəti

Cənub-Qərbi Qafqaz Cümhuriyyəti (türk. Güney-Batı Kafkasya Cumhuriyeti; Osmanlı türkcəsi: Cenub-ı Garbi Kafkas Hükümet-i Cumhuriyesi) və ya Qars Demokratik Cümhuriyyəti (türk. Kars Demokratik Cumhuriyeti) — Birinci Dünya Müharibəsi dövründə erməni-daşnak silahlı quldur dəstələri tərəfindən türk-müsəlman əhalinin soyqırımına məruz qaldığı Cənub-Qərbi Qafqazda, əhalisinin çoxunu türk təşkil edən demokratik dövlət.

Tarixi dövlət
Cənub-Qərbi Qafqaz Cümhuriyyəti
Cenub-ı Garbi Kafkas Hükümet-i Cumhuriyesi
Bayraq
Bayraq
xəritəsi
xəritəsi
 
 
 
 
 
1918  1919

Paytaxt Qars, Naxçıvan
Dilləri türk dili
Rəsmi dilləri Osmanlı dili
Dövlət dini İslam
İdarəetmə forması Parlament respublikası
Rəhbər
  30 noyabr 1918 — 27 mart 1919 İbrahim bəy Cahangirzadə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Birinci Dünya müharibəsinin sonunda, 30 oktyabr 1918 tarixində imzalanmış Mudros barışığı nəticəsində Osmanlı ordusu Cənubi Qafqazdan çəkilmişdir. Razılaşmaya görə 4 dekabr 1918 tarixində Osmanlı əsgərləri 1877 Rusiya-Osmanlı sərhədlərinədək geri çəkilcəkdi, lakin Osmanlı tərəfi Qarsdan 2 ay gec çəkilmə qərarı almışdı. Bu qərarın səbəbi yerli xalqın hökumət qurmasına vaxt tanımaq idi. Əks halda bölgə Ermənistan tərəfindən işğal təhlükəsi ilə üzləşə bilərdi.[1]

Elviye-i Selasə heyəti İstanbulda.

Beləliklə 29 oktyabr 1918-ci ildə Axısqa və Axalkələk ətrafında Axısqa Müvəqqəti Hökuməti, 3 noyabr 1918 tarixində Əmir bəy Nərimanbəyov rəhbərliyində Araz Türk Cümhuriyyəti qurulmuşdur. 5 noyabrda isə Kağızmanlı Əli Rza bəy, Qarslı Sarı Xəliloğlu Nuhlis, Orenburqlu Tevhiddin bəy Mamlıoğlu, Emin ağa AcalovFəxrəddin bəy Piroğlu rəhbərliyində Qars İslam Şurası qurulmuşdur. Şura rəhbəri Fəxrəddin bəy Piroğlu seçilmişdir.[1]

14 noyabr 1918-ci ildə Qarsda, indiki Atatürk prospektində yerləşən bələdiyyə binasının altındakı keçmiş Səhiyyə İdarəsinin binasında Birinci Qars Konqresi toplandı. Konqresdə Fəxrəddin bəy Piroğlu başçılığında 8 nəfərlik Müvəqəti Heyət, Emin ağa Acalovun rəhbərliyində isə Milli İslam Şurası Ümumi Mərkəzi qurulmuşdur. Şuranın rəhbər müavinliyinə Fəxrəddin bəy təyin olndu.[1]

30 noyabr 1918-ci ildə Qarsda keçirilən İkinci Qars Qurultayında Qars, Ərdəhan, Batumdan 60 nəfər təmsilçi iştirak etmişdir. Daha sonra müxtəlif bölgələrdən 10 nəfər daha iştirakçı qatılmışdır. Konqresdə Milli İslam Şurası Hökuməti quruldu. Hökumətin başçısı İbrahim bəy Cahangirzadə seçilmişdir. Emin ağa Acalov isə başçının müavini seçilmişdir. Konqresdə Qars, Oltu, Kağızman, Iğdır, Sarıqamış, Ardahan, Axalkələk, Axısqa Batum kimi şəhərlərdə yerli xalq təşkilatlanmışdır. Konqresdə Milli Şura hökumətinə Axısqa Müvəqqəti Hökuməti, Araz Türk Cümhuriyyəti, Batum Milli Şurası da qatılmışdır. Konqres 2 dekabradək davam etmişdir.[1]

3 yanvar 1919-cu ildə Ənvər paşanın dayısı Xəlil Qut Paşa, Qaymakam Halit bəy, Hamşioğlu Rasim və Əbülhindili Cəfər bəyin təşkilatçılığı ilə Birinci Ardahan Konqresi toplandı. Konqres Axısqadan Ardaha geri çəkilən Halit bəyin rəhbərliyində, Doktor Haqqı Cənab, Doktor Abidin, Ağacıqoğlu Doktor Fuad, Filibeli Hilmi, Baytar Qaymakam Arif və Əbülhindili Köseoğlunun daxil olduğu səkkiz nəfərlik heyət tərəfindən həyata keçrilmişdir. 5 yanvar tarixində konqres sona çatmışdır.[1]

7 yanvar 1919-cu ildə isə İkinci Ardahan Konqresi keçirilmişdir. Bu konqresi keçmiş konqresin 8 nəfərlik heyəti ilə yanaşı Milli Şura Hökumətinin 12 təmsilçi nümayəndəsi — Axalkələkdən Mehmed Əli bəy, Çıldıdan Doktor Əsəd bəy, Qarsdan İbrahim bəy Cahangirzadə və Həsən bəy Cahangirov, Oltudan Yusif Ziya bəy, Əhməd bəy Şakiroğlu, Mehmet Ramiz bəy, Rüstəm bəy Hamşioğlu, Kağızmandan Əli Rza, Şörəyeldən Ağbabalı Hacıabbasoğlu və Kərbəlayi Məmməd bəy də qatılmışdır. Konqresdə Cənub-Qərbi Qafqaz Müvəqqəti Milli Hökumətini qurmaq üçün büyük konqres təşkil etmək, erməni-gürcü birləşmələrinə qarşı vuruşma, Batumda yayımlanan "Səda-yi Millət", Trabzondakı "İstiqbal", Ərzurumdakı "Albayraq" qəzetləri vasitəsilə məlumatlandırma və bir neə başqa qərar alınmışdır.[1]

Mütasarrıf Hilmi Uran bəy 9 yanvar 1918-ci ildə Qarsı tərk etmiş, Milli Şura tərəfindən İbrahim bəy Cahangirzadə Qars valisi təyin olunmuşdur. 11 yanvar tarixində xəstələndiyi üçün onun yerinə müvəqqəti olaraq bu vəzifəni Fəxrəddin bəy Piroğlu icra etmişdir.[1]

17 yanvar 1919-cu il tarixində 131 nümayəndənin iştirakı ilə Böyük Qars Konqresi təşkil olundu. Konqres Doktor Əsəd bəyin rəhbərliyində topanmışdır. Konqresə Qars, Ərdəhan, Batum, Naxçıvan, Ordubad, Culfa, Axısqa, Axalkələkdən nümayəndələr gəlmişdir. Konqresdə Cənub-Qərbi Qafqaz Cümhuriyyəti elan olunmuşdur. 18 yanvar tarixində Batumdan gələn Uçaksa vəkilləri də hökumətə birləşmişdir. 25 mart 1919 tarixində hökumətin adı Cənub-Qərbi Qafqaz Cümhuriyyəti adını almışdır[1] Həmin vaxtdan Cümhuriyyətin Parlamenti olan "Şura" işə başlamışdır. 27 mart tarixində parlament hökuməti təsdiq etmiş, hökumətin başçısı İbrahim bəy Cahangirzadə seçilmişdir. 10 nazirlik və 4 idarə təşkil olunmuşdur.

Yeni yaranan dövlət ixtisaslı kadrlar və maliyyə baxımından çətinliklərlə üzləşirdi. Azərbaycan Cümhuriyyətinin Batumdakı konsulu məsələ ilə bağlı Bakıya teleqram göndərərək bildirdi ki, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti əhalisi Azərbaycan Xalq Cümhuriyyətinin ona hərtərəfli yardım edəcəyinə böyük ümidlər bəsləyir. Cənub-Qərbi Qafqaz Cümhuriyyəti hökuməti 1919-cu il yanvarın 25-də Azərbaycan Xalq Cümhuriyyətinə müraciət edərək, hərbi və maddi yardım istəmişdi. Buna cavab olaraq, Azərbaycan hökuməti Cənub-Qərbi Qafqaz Cümhuriyyətinə hərbi təlim keçmək üçün zabitlər və xeyli qızıl pul göndərdi.

Süqutu

Respublikanın silahlı qüvvələri 15,5 min nəfərdən ibarət idi. ngilislər Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyətinin ərazisini Ermənistan və Gürcüstan arasında bölüşdürmək istəyirdilər.

Cənub-Qərbi Qafqaz Cümhuriyyəti müvəqqəti hökumətinin sədri Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə 1919-cu il 26 yanvar tarixli notasında bildirirdi ki, Gürcüstan Ərdəhan mahalını və Axalsıx qəzasını işğal etməyə cəhd göstərir. Bütün müsəlman əhalisi buna qarşı ayağa qalxmışdır. Ermənilər də Naxçıvan qəzasına hücumlar edirlər. Gürcülərin Axalsıx və Axalkələk qəzalarına hücumları zamanı 45 min davar aparılmışdı. Ermənilər 1919-cu il aprelin 12-də ingilislərin dəstəyi ilə Qars vilayətinə girdilər. Azərbaycan Cümhuriyyəti Hökuməti ermənilərin Qarsda törətdiyi soyqırımı ilə bağlı Britaniya komandanlığına etirazını bildirdi. Buna baxmayaraq, Cənub-Qərbi Qafqaz Cümhuriyyətinə kömək göstərmək ingilislərin planlarına daxil deyildi. İngilislər Cənub-Qərbi Qafqaz Cümhuriyyəti hökumətinin 35 üzvünü həbs edərək, zirehli qatarda Gümrüyə, oradan da Batum yolu ilə Malta adasına sürgünə göndərdi. Bununla da, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti süqut etdi.

Aprelin 14-də ingilis generalı Devinin tövsiyəsilə 6 türk, 1 rus, 1 yunandan ibarət yeni Milli Şura yaradıldı. Aprelin 19-da S. Korqanov Qarsda qubernator kimi fəaliyyətə başladı. Bunun ardınca, erməni qoşunları Qars vilayətinə soxuldular. Yerli müsəlman-türk əhali dəhşətli soyqırımına məruz qaldı. Aprelin 30-da qondarma Milli Şura ləğv edildi. 1920-ci ilin payızınadək Cənub Qərbi Qafqaz Cümhuriyyətinin ərazisi ermənilərin və gürcülərin işğalı altında qaldı.

İbrahim bəy Cahangirzadə başda olmaqla, Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin hökumət üzvləri yalnız 1921-ci il mayın 23-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun köməyi sayəsində Maltadan əsirlikdən vətənə qayıtdılar.

İdarəetmə

Bu hökumət 18 maddəlik konstitusiya qəbul etmiş, rəsmi bayraq seçmişdir. Həmçinin hökumət 12 üzvlük Nazirlər Şurası və xalqın səsi ilə seçilən 131 (65) nəfərlik parlament də təsis etmişdir. Partiyalar olmadığından, 65 bitərəf deputatdan ibarət parlament yaradıldı. Doktor Əsəd bəy Oktay (Əsəd bəy Hacıyev) parlamentin sədri seçildi.

Cənub-Qərbi Qafqaz Respublikasının başında milli azlıqların: rusların, yunanmalakanların öz nümayəndələri daxil edilmiş Milli Şura dururdu. Müvəqqəti hökumət Milli Şura qarşısında məsuliyyət daşıyırdı. Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyətinin 18 maddədən ibarət Konstitusiyası qəbul olundu. Dövlət dili olaraq türk dili qəbul olunmuşdu. Üçrəngli (ağ, yaşıl və qara), ay-ulduzlu bayrağı vardı.

Parlament respublikanın xarici və daxili siyasətinin aşağıdakı istiqamətlərini müəyyənləşdirdi:

  1. Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyəti bütün qonşuları ilə, xüsusən yeni yaradılmış Qafqaz dövlətləri ilə mehriban qonşuluq əlaqələri qurmaq niyyətindədir;
  2. Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyəti neytral dövlətdir;
  3. Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyətinin vətəndaşları milliyyətindən, dinindən, sosial mənşəyindən, siyasi əqidəsindən asılı olmayaraq, bərabər hüquqlara malikdirlər. 17 yanvar tarixində təşkil olunan kabinet:
Vəzifə Vəzifəli şəxs Başlama Bitmə
Hökumət
Məclis sədri Çıldırlı Doktor Əsəd Oktay
Məclis Rəyasət Heyətinin sədri Oltulu Hüseyn bəy Hafiz oğlu
Nazirlər Şurasının sədri İbrahim bəy Cahangirzadə
Daxili işlər naziri Kağzmanlı Əli Rza bəy Ataman
Ədliyyə naziri İrəvanlı Abbasəli bəy Ağabababəyoğlu Əlibəyov
Xarici işlər naziri Divirğili Fəxrəddin bəy Piroğlu
Hərbi nazir Həsən bəy Cahangiroğlu (Aydın)
Maliyə naziri Gümrülü Məmməd bəy Xudatbəy oğlu Sultanov
Molla Bilal
Maarif naziri Yunan Mixail Andreynot
Mehmed bəy Kocaoğlu
İaşə naziri Gümrülü Yusif bəy Hümmət ağa oğli Yusifzadə
İctimai işlər naziri İrəvanlı mühəndis Mahmud bəy
Əkinçilik, Meşə və Ticarət naziri Naxçıvanlı Əliəkbər Nazım bəy
Ümumi Müdirliklər
Poçt və Telegraf Ümumi Müdirliyi Yunan Arlof
Qarslı Muhlis bəy Mehmed Bəyoğlu (Ataman)
Dəmiryolları Ümumi Müdirliyi Qaraçantalı Əhməd bəy Hacı oğlu
Polis Ümumi Müdirliyi Orenburqlu, Tevhiddin bəy Mamlioğlu

Həmçinin İrəvanlı Bəhmən bəy Kazımbəyzadə prokuror, Mustafa bəy Pəhlivan iaşə nazirinin müavini, İrəvanlı Taki əfəndi Əhmədoğlu ümumi vəznədar, İğdırlı Mehmed bəy Əlibəyzadə Qars Ümumi Valisi, Talınlı Hüseyn bəy Cahangirov sərhəd komandiri, Əziz bəy Cahangiroğlu və Nazif bəy Atbaşoğlu məhkəmə üzvü, Yeniqazili Əhməd Xeyrullah bəy Qars Bələdiyyə Rəisi, Arslan əfəndi Akifoğlu isə Bələdiyyə Komissarı təyin olunmuşdur.

Ərazisi

40 min km² sahəsi, 1 800 000 nəfər əhalisi olan (onun 4/5-nü türklər təşkil edirdi) bu dövlətin tərkibinə Qafqazın cənub-qərb əraziləri daxil idi.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.

Mənbə

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.