Cəngəllik

Cəngəllik — sıx və keçilməz tropik və ya subtropik meşələr verilən ad.

Hindistanda meşə

Cəngəllik sözü hind dilləri qrupuna daxil olan sanskrit dilində "canqal" sözündən götürülmüşdür və mənası da keçilməz kolluq anlamını daşıyır.

Yağıntının miqdarının çox olması cəngəlliyin flora və faunasının zəngin olmasına səbəb olur.

Yer kürəsinidəki heyvan və bitki növlərinin 2/3-si cəngəlliklərin payına düşür.

Ehtimal olunur ki, milyonlarla heyvan və bitki növləri hələ də öyrənilməyib. Cəngəllikləri bəzən "Yer kürəsinin ləl-cavahiratı", yaxud dərman ləvazimatlarının çox hissəsinin burada əldə olunmasına görə "Yer kürəsinin ən böyük apteki" adlandırırlar.

Avstraliyada Deyntri Milli Parkı

Tutduğu ərazilər

Yer kürəsindəki cəngəlliklər

Ən böyük cəngəllik Amazon çayının hövzəsindədir.

Ümumi xarakteristikası

Cəngəllik üçün aşağıdakılar xarakterikdir:

  • İlboyu bitkilərin kəsilməz şəkildə ;
  • Floranın müxtəlifliyi və ikiləpəlilərin üstünlük təşkil etməsi;
  • çiçəklərin, daha sonra isə meyvələrin bitkilərin gövdəsi və qalın budaqları üzərində əmələ gəlməsi.

Cəngəllik müxtəlif filora və faunaya özünəməxsus xüsusiyyətə malik 4 səviyyəyə bölünmüşdür.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.