Cənab Pundalik (film, 1912)

"Cənab Pundalik" filmiRejissor Dadasaheb Tornenin çəkdiyi 1912-ci il Hindistan filmidir. Hindistan kino tarixində ilk filmlərdən biri hesab olunur.

Cənab Pundalik
Shree Pundalik
Janr səssiz film
Rejissor Dadasaheb Torne
Əsərin müəllifləri Dadasaheb Torne, Conson (mübahisəli)
Ssenari müəllifi Dadasaheb Torne
İlk baxış tarixi 18 may 1912
Ölkə
Texniki məlumatlar səssiz, 22 dəqiqə, ilk Hindistan filmi
Rəng ağ-qara[d]

Tarix

"Cənab Pundalik" səssiz filmi Hindistan kino tarixində ilk filmlərdən biri hesab olunur. Filmi Dadasaheb Torne özü tək çəkmişdir. Filmin çəkilişi 2 həftə sürdü. Ondan sonra çəkilmiş kinolentlər Londona göndərilib emal edildi. 18 may 1912-ci ildə film Hindistanda göstərildi.

Bəziləri bu filmin ilk Hindistan filmi olmağa layiq olmadığını qeyd etdi. Onlar 1913-cü ildə çəkilmiş Raca Harişçandranın ilk film olduğunu iddia etdilər. Bu fikirlər mübahisəli olaraq qaldı, çünki, sübuta yetirilməmişdi. Bu fikirlər həm də iki Dadasahebin arasında buzların ərimədiyini də göstərirdi.

Filmin Londona göndərilməsi və Conson adlı bir ingilisin bu barədə bir pyes yazması da tənqid olundu.

1996-cı ildə çap olunan "Marathi və Hind kino əlaqələri" kitabında "Cənab Pundalik" filminin bir neçə kadrlarının şəkli də çap olundu. Bu, neçə ildən sonra ilk idi.

2012-ci ilin 18 mayı filmin 100 illiyi təntənəli şəkildə qeyd olundu.

Xarici keçidlər

"Pundalik" ilk olmaq şərəfini əldən verdi Arxivləşdirilib 2013-05-30 at the Wayback Machine

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.