Cəmiyyət adaları

Cəmiyyət adaları (fr. Îles de la Société), Yoldaşlıq adaları — Sakit okeanın cənubunda, Polineziyada arxipelaq. Fransanın mülkü.[1]

Cəmiyyət adaları
ing. Society Islands, fr. Îles de la Société
Adanın bayrağı
Adanın bayrağı
Ümumi məlumatlar
Sahəsi 1,590 km2 km²
Sahil uzunluğu 2000 m
Hündür nöqtəsi 2,241 m
Yerləşməsi
17°32′ c. e. 149°50′ q. u.
Ölkə  Fransa Polineziyası
Region
  • Sakit okean
Arxipelaq
Cəmiyyət adaları xəritədə
Cəmiyyət adaları
Cəmiyyət adaları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sahəsi

Sahəsi 1,6 min km2 .[1]

Əhalisi

Əhalisi 235,3 min (2012). İnzibati mərkəzi Papeete şəhəridir.[1]

Coğrafi xüsusiyyətləri

Ceyms Kukun rəhbərlik etdiyi səyahət qrupu

İki qrup: Küləktutan və Küləktutmayan adalardan ibarətdir. Ən böyük adası Taitidir (sahəsi 1042 km2 ). Adaların çoxu vulkan mənşəlidir, mərcan rifləri ilə əhatələnmişdir. Maksimum hündürlüyü 2241 m (Taiti adasında). Tropik dəniz iqlimi var. Ortaaylıq temperaturlar 20-dən 26 °C-yədəkdir. Yağıntıların illik miqdarı 1500–2500 mm. Rütubətli meşələr, tropik bitki plantasiyaları var. Fosforit çıxarılır. Sədəf və mirvari əldə edilir. Balıq ovlanır. Cəmiyyət adalarını 1767-ci ildə ingilis C. Uollis kəşf etmişdir. London Kral Cəmiyyətinin şərəfinə adlandırılmışdır.[1]

Həmçinin bax

İstinadlar

  1. Cəmiyyət adaları// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 276. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.