Cəmil Sidqi Zəhavi
Cəmil Sidqi Zəhavi (ərəb. جميل صدقي الزهاوي) (18 iyun 1863[1], Bağdad, Bağdad əyaləti[d] – 24 fevral 1936[1], Bağdad) — İraq şairi, pedaqoqu, filosofu. O, müasir dövrdə ərəb dünyasının ən böyük şairlərindən biri hesab edilir və qadın hüquqlarının müdafiəçisi kimi tanınır.
Cəmil Sidqi Zəhavi | |
---|---|
ərəb. جميل صدقي الزهاوي | |
Doğum tarixi | 18 iyun 1863[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 24 fevral 1936[1] (72 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
|
Fəaliyyəti | şair, filosof, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Cəmil Sidqi Zəhavi Bağdadda anadan olmuşdur. Atası İraq kürdlərindən idi[2][3] və Bağdad müftisi vəzifəsində çalışmışdır.[4]
Osmanlı hakimiyyəti dövründə Bağdad Təhsil Şurasının üzvü olmuş və burada qadınlar üçün təhsil almaq hüququnu müdafiə etmişdir. O, Bağdaddakı yeganə qəzet olan "əl-Zəvrə"nin redaktoru kimi fəaliyyət göstərmiş, Yəmən və İstanbul Ali Məhkəməsinin üzvü olmuşdur. O, ərəb dünyasının aparıcı yazıçılarından biri idi. Əsərləri Beyrut, Qahirə və Bağdadda böyük qəzet və jurnallarda çap olunmuşdur. Bəhailik təlimlərinin təsiri ilə 1896-cı ildən Misir dövri mətbuatında bəşəriyyəti birləşdirməyə hesablanmış "bütün xalqlar üçün universal" yazısını yaymaq üçün kampaniya aparmışdır.[5]
İstinadlar
- ЗАХАВИ // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
- Zubaida, S. (2012). Iraq: History, Memory, Culture. International Journal of Middle East Studies, 44(2), 333-345. doi:10.1017/S0020743812000116
- Khoury, Dina. "Looking for the Modern: A Biography of an Iraqi Modernist-Jamil Sidqi al-Zahhawi". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
- Badawī, M. M., A Critical Introduction to Modern Arabic Poetry, Cambridge University Press, 1975, p. 45; Na Na, Autobiography and the Construction of Identity and Community in the Middle East, Springer, 2016. pp 111-112
- Захави / Чуков, Б. В. // Железное дерево — Излучение. — М. : Большая российская энциклопедия, 2008. — С. 294. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004—2017, т. 10). — ISBN 978-5-85270-341-5.