Cəmil Quliyev (rejissor)
Cəmil Quliyev (3 iyul 1963, Bakı, Azərbaycan SSR) — Azərbaycan kinorejissoru, ssenari müəllifi, "Azərbaycanfilm" kinostudiyasının keçmiş direktoru (2019–2020), Azərbaycan Dövlət Film Fondunun direktoru, "Mədəniyyət" kanalının sabiq baş direktoru[1] (2011–2013), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi (2012), İctimai Televiziyanın sabiq baş direktoru[2] (2013–11.5.2018), Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri (2018–2019), Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi,[3] 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı (2018), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru.[4]
Cəmil Quliyev | |
---|---|
Cəmil Elşad oğlu Quliyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | |
Atası | Elşad Quliyev |
Fəaliyyəti | Rejissor, ssenari müəllifi, aktyor |
Fəaliyyət illəri | 1975-bu günə qədər |
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID3612227 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Cəmil Elşad oğlu Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub.
1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə (SSRİ Xalq Artistləri A. Alov və V. Naumovun emalatxanası) bitirib.
1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb, bir çox sənədli və bədii filmlərə quruluş verib. Cəmil Quliyevin quruluş verdiyi filmlər Fransa, İsveç, Türkiyə, Rusiya, Gürcüstan, Çexiya, Rumıniya və s. ölkələrdə Beynəlxalq festivallarda iştirak edib.
1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1998–2006-cı illərdə həmin Universitetin "Kino və televiziya sənəti" kafedrasının müdiri və dosenti olub. Hal-hazırda həmin universitetin professorudur.
2000–2005-ci illərdə Beynəlxalq Audiovizual Festivalın direktoru vəzifəsində çalışıb.
2006-cı ildən 2013-cü ilə qədər Azərbaycan Dövlət Film Fondunun direktoru,[5] 2011–2013-cü illərdə Mədəniyyət kanalının baş direktoru olub. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, 2013-cü il aprel ayının 23-dən 2018-ci il may ayının 5-nə kimi İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru olub[6]. 1 avqust 2018-ci ildən 2019-cu ilədək Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri olmuşdur.[7] 2019–2020-ci illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışmışdır.
1990-cı ildən Beynəlxalq Kinematoqrafiya Konfederasiyasının, 1996-cı ildən Azərbaycan Jurnalistlər İttifaqının, 2010-cu ildən Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki və üzvüdür. 2009-cu ildə Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvü seçilmişdir.[8]
- Professor Elşad Quliyevin oğludur.
Təltif və mükafatlar
- "Humay" mükafatı — 1998
- "Əməkdar incəsənət xadimi" fəxri adı — 2005
- "Akademik Yusif Məmmədəliyev" medalı — 2007
- "Zirvə" mükafatı — 2010
- Fəxri Mədəniyyət İşçisi — 2013
- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 1 avqust 2018[9]
- Prezident Mükafatı — 10 may 2019[10], 7 may 2020[11], 7 may 2021[12], 10 may 2022[13], 6 may 2023[14]
Filmoqrafiya
Rejissoru olduğu filmlər
- Marş (film, 1982)
- Balıq günü (film, 1983)
- Bayramda yağış (film, 1985)
- Köç (film, 1986)
- Bu da bir naxışdır (film, 1987)
- Cansıxıcı əhvalat (film, 1988)
- Qarət (film, 1990)
- Şirbalanın məhəbbəti (film, 1991)
- Ekskursiya (film, 1991)
- Subaylarınızdan görəsiniz (film, 1991)
- Banqladeş qonaqları (film, 1992)
- Həsənbəy Zərdabi (film, 1992)
- Qovlar (film, 1992)
- Yol (film, 1993)
- Qala (film, 1994)
- General de Qol (1995)
- Ömər Eldarov (1997)
- General Hüseyn Rəsulbəyov (film, 1998)
- Kədərimiz... Vüqarımız...
- Nəsrulla Nəsrullayev (film, 1999)
- Kinorejissor Arif Babayev (film, 2000)
- Bir ömrün sədası (film, 2000)
- İzzət Orucova (film, 2000)
- Kinorejissor Həsən Seyidbəyli (film, 2002)
- Fikrət Əmirov (film, 2004)
Aktyor olduğu filmlər
- Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film)-rol: Kərimov
- Murad-Sad (film, 1988)
- Otel otağı (film, 1998)
- Nə gözəldir bu dünya... (film, 1999)
Ssenari müəllifi olduğu filmlər
- Etiraf (film, 1992)
- Banqladeş qonaqları (film, 1992)
- Kədərimiz... Vüqarımız...
- Kinorejissor Arif Babayev (film, 2000)
- Kinorejissor Həsən Seyidbəyli (film, 2002)
- Fikrət Əmirov (film, 2004)
Bədii rəhbəri olduğu filmlər
Məsləhətçi olduğu filmlər
- Qocalar (film, 2008)
- Məni izləyən müəmma (film, 2019)
Prodüser olduğu filmlər
- Titrəmə (film, 2020)
- Sizə məktub var… (film, 2020)
- Daxildəki ada (film, 2020)
İstinadlar
- ""MƏDƏNİYYƏT" KANALININ DİREKTORU BƏLLİ OLDU". 2015-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-12.
- "Cəmil Quliyev İctimai Teleradionun yeni baş direktoru seçildi". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-23.
- Kinofilmlər xalqın mənəvi və maddi dəyərlərini əks etdirir: [Əməkdar incəsənət xadimi, rejissor Cəmil Quliyevlə söhbət] //Səs.- 2008.- 6 avqust.- S. 12.
- APA. "Cəmil Quliyev: "Bəzi kino xadimlərindən fərqli olaraq, arxada danışıb, üzdə tərif deməmişəm"" (az.). Apa.az. 02.08.2016. 2016-08-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-03.
- 110 yaşlı Azərbaycan kinosunun dünəni və bu günü: [DFF-nin direktoru, incəsənət xadimi Cəmil Quliyev ilə söhbət] //Ekran efir.- 2008.- 1 avqust.- S. 16.
- "Arxivlənmiş surət". 2015-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-07.
- unikal.org. "Nazir İTV-nin keçmiş rəhbərinə vəzifə verdi" (az.). Unikal.org. 06.08.2018. 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-06.
- AzərTAc. "DÖVLƏT FİLM FONDUNUN DİREKTORU BEYNƏLXALQ MUZEYLƏR ŞURASININ ÜZVÜ SEÇİLMİŞDİR" (az.). azertag.az. 27.08.2009 20:15. 2017-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-14.
- President.Az. "Azərbaycanın kino xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.08.2018. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-01.
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
Mənbə
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 6.
- "Cəmil Quliyev Minskdə müasir kino ilə bağlı məruzə etdi" //Yeni Azərbaycan.- 2011.- 6 aprel.