Cəmil Cahid Toydəmir
Cəmil Cahid Toydəmir (1883, Konstantinopol – 15 iyul 1956, İstanbul) — Qafqaz İslam Ordusunun Gelibolu alayının miralayı (polkovniki), Türkiyənin 1946–1947-ci illərdəki müdafiə naziri.
Cəmil Cahid Toydəmir | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1883 |
Doğum yeri | |
Vəfat tarixi | 15 iyul 1956 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Döyüşlər | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Böyük Çərkəz sürgünündə Anadoluya köç edən Therhet adlı bir ubıx ailəsindən olan Məhəmməd Cahid bəyin oğludur. 1883-cü ildə İstanbulda anadan olub. Hərbi məktəbi 1902-ci ildə bitirib.
Döyüş yolu
Balkan və Birinci Dünya Müharibələrinə qatılmışdır. 1918-ci ildə Met Yusuf İzzət paşanın əmrində tümən komandiri olaraq Qafqaza gəlmişdir. Bakıya gələn Qafqaz İslam Ordusunun cənub qrupu birliklərinə polkovnik Cəmil Cahid bəy başçılıq edirdi. Bir neçə gün davam edən uğurlu döyüşlərdən sonra Novxanı, Goradil, Pirşağı, Kürdəxanı və Fatmayı kəndləri Qafqaz İslam Ordusu tərəfindən tutuldu. Maştağa və Hökməli kəndlərində mövqelərini möhkəmlədən Qafqaz İslam Ordusu yerli əhalini də Bakının azad edilməsi işinə cəlb etdi. Avqustun 25-dən sentyabrın 13-nə qədər davam edən döyüşlərdə Qafqaz İslam Ordusu böyük uğurlar qazanaraq Bakıya yaxınlaşdı. Sentyabrın 14-də axşam saat 20:30-da Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı şəhərinə hücumu başa çatdırmaq üçün 100 saylı əmri imzaladı. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatdırıldı. Bunların 8 mini osmanlı, 6 mini isə azərbaycanlı əsgər və zabit idi. Sentyabrın 15-də döyüşlər səhər saat 5.30-da başladı. Bütün qüvvələrin əsas vəzifəsi kimi Bakının ələ keçirilməsi müəyyənləşdirildi. Təkcə avqust ayının əvvəllərindən sentyabrın 15-nə qədər Bakı uğrunda gedən döyüşlərdə 5-ci Qafqaz diviziyası 1130-a qədər şəhid vermişdi. Ümumiyyətlə, Qafqaz İslam Ordusu iyunun ortalarından sentyabrın 15-nə kimi Azərbaycanın azadlığı uğrunda döyüşlərdə 4 mindən çox əsgər və zabit şəhid vermişdi. Bu döyüşlərdə Azərbaycan könüllü dəstələrinin də itkiləri çox idi. Beləliklə, sentyabrın 15-i saat 15-dən sonra Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. Nuru paşa Bakının ələ keçirilməsilə bağlı hərbi nazir Ənvər paşaya, Gəncədəki Azərbaycan hökumətinə təbrik teleqramı göndərdi. Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. 1918-ci il sentyabrın 15-də Bakıya daxil olan türk ordusu iki həftə sonra Şuşaya istiqamətlənir. Türk ordusuyla savaşmağa cəsarət etməyən, Şuşanı mühasirədə saxlayan Andranikin quldur dəstəsi cənuba qaçır. Türk ordusunun başında Şuşaya daxil olan Cəmil Cahid bəy Şuşa sakinlərini məsciddə toplayaraq şəhərdəki ermənilərdən intiqam almamağı tapşırır. Halbuki elə Cəmil Cahid özü çıxışında ermənilərin türklərə çox zülm etdiyini bildirir. Türk zabiti bundan sonra ayrıca Şuşadakı ermənilərə müraciət edərək onlardan türk ordusuna tabe olmağı tələb edir. Ermənilər cavablarında gecikmirlər, "türk ordusununu bütün əmrlərinə tabeyik" vədini verirlər. Cəmil Cahid bəy Qaladərəsini boşaltmaq üçün ermənilərə vaxt verir. Ermənilər 5 nəfər nümayəndə göndərirlər. Onlar Daniel Arekelyan-sədr, Ayrapet Musaelyan, Aşot Məlik-Osipov, Arşavir Kamalyan, Şuşanın rəisi olmuş, cəllad Gerasim Məlik-Şahnəzərov idilər. Cəmil Cahid bəy Aşot Məlik-Osipov, Arşavir Kamalyan və Gerasim Məlik-Şahnəzərovu Ağdamda zindana atıb qalan iki nəfəri buraxır ki, tezliklə Qaladərəsini azad etsinlər. Cəmil Cahid bəy Mudros müqaviləsindən sonra Azərbaycandan getmişdir. 21 dekabr 1922-ci ildə 10-cu tabor komandanlığına gətirildi və taboru ilə birgə qərb cəbhəsində yunanlara qarşı döyüşdü. Türkiyə İstiqlaliyyət Müharibəsidən sonra da tabor komandanlığı, ordu komandanlığı, jandarma baş komandanlığı (1939), Hərbi Məhkəmə rəhbəri(1942), 1-ci Ordu komandanlığı kimi hərbi vəzifələrdə xidmət edib. 1946-cı ildə ordu generalı rütbəsində ordudan tərxis olundu.
Siyasi fəaliyyəti
Cəmil Cahid bəy TBMM-nin yeddinci çağırışında İstanbul şəhərindən millət vəkili və eyni vaxtda Rəcəb Peker kabinetində Müdafiə Naziri olaraq xidmət edib[1].
Ölümü
Cəmil Cahid bəy 1956-cı ildə İstanbulda vəfat etdi.
İstinadlar
- T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademlerdeki Komutanların Biyografileri, Genkurmay Başkanlığı Basımevi, Ankara, 1972, p. 183. (türk.)