Cəmil Əhmədov
Əhmədov Cəmil Məhəmməd oğlu (1924, Cəbrayıl, Qaryagin qəzası – 2 sentyabr 1944) — Sovet İttifaqı Qəhrəmanı.
Cəmil Əhmədov | |
---|---|
Cəmil Məhəmməd oğlu Əhmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Cəbrayıl, Azərbaycan SSR |
Vəfat tarixi | |
Vəfat yeri | Polşa |
Dəfn yeri | Varşavada Sovet döyüşçülərinə aid qəbiristanlıq |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Atası | Məhəmməd Əhmədov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Qızıl Ordu |
Xidmət illəri | 1941-1944 |
Rütbəsi | Leytenant |
Döyüşlər | |
Təltifləri |
|
Həyatı
Cəbrayılın mərkəzində dünyaya göz açmış və 1942-ci ildə orduda xidmətə getmişdir. Hərbi məktəbdə təhsilini başa vuraraq leytenant rütbəsi aldıqdan sonra Belarusiyanın azad edilməsi üzrə döyüşlərdə fəal iştirak etmişdir.
Qvardiya leytenantı Cəmil Əhmədovun komandir olduğu bölmə 1944-cü ilin 25 iyulunda Tremlya çayını hamıdan əvvəl keçərək, suyun içində döyüş mövqeyini digər hissələrin gəlməsinə qədər əldə saxlamış və əməliyyatın qələbəsini təmin etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmışdir.
Bundan iki ay sonra 1944-cü ilin 2 sentyabrında Polşa ərazisində həlak olmuş və Varşavada Sovet döyüşçülərinə aid qəbiristanlıq da dəfn edilmişdir. Sovet İttifaqı Qəhrəmanı fəxri adı isə ona 1945-ci ilin 24 martında verilmişdir[1].
Cəbrayılda məktəb və bir küçə onun adını daşıyır.
- Yazıçı Sabir Əhmədovun qardaşıdır.
Həmçinin bax
Xarici keçidlər
- 9may.az Arxivləşdirilib 2010-05-01 at the Wayback Machine
- "Qarabağın görkəmli şəxsiyyətləri:Cəmil Əhmədov". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
- Победа у нас в крови. Джамиль Ахмедов
Mənbə
- "Azərbaycan Respublikası Xatirə Kitabı" 3-cü cild, "Ə" hərfi. Bakı-2003. səh.269.
İstinadlar
- "Ахмедов Джамил Мамед оглы". 2012-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-15.