Cəmilə Şeyxi

Cəmilə Şeyxi (farsca:جمیله شیخی) — əslən İran azərbaycanlılarından olan aktrisa və Atila Pisyaninin anasıdır.[3][4]

Cəmilə Şeyxi
Doğum tarixi 19 may 1930(1930-05-19)[1]
Doğum yeri
Vəfat tarixi 23 may 2001(2001-05-23)[2] (71 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Vətəndaşlığı
Uşağı
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1957-ci ildən
Mükafatları Ən Yaxşı Aktrisa mükafatı
IMDb ID0790869
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1930-cu ilin aprelin 30-da Təbriz şəhərində anadan olmuşdur. 2001-ci ilin may ayının 23-də Tehran şəhərində vəfat etmişdir. Məşhur İran teatr və film aktyoru Atila Pisyaninin anası, Sitarə Pisyaninin nənəsidir.[5]

Karyerası

O səhnəyə ilk dəfə 1957-ci ildə çıxmışdır. Filmlərə çəkilməyə isə 1975-ci ildə çəkilən Gəmi qəzası filmi ilə başlamışdır. O İran filmoqrafiyasının yaradıcılarından və ən qocaman üzvlərindən hesab olunurdu.[6] Cəmilə Şeyxi bir çox tanınmış kino rejissorlarla birgə çalışmışdır. Ən məşhur ekran işi isə 1991-ci ildə Bəhram Bayzayi tərəfindən çəkilən Səyahətçilər filmidir. Bu roluna görə Cəmilə Şeyxi Fəcr Beynəlxalq Film Festivalında ən yaxşı aktrisa mükafatına layiq görülmüşdür.[7]

Seçilən filmləri

  • Viza
  • Səyahətçilər (1992-ci ildə Bəhram Bayzayi tərəfindən çəkilib)
  • Leyla (1996-cı ildə Dariuş Mehrjoui tərəfindən çəkilib)
  • Xətsiz kağız (2001-ci ildə Naser Tağvayi tərəfindən çəkilib)

Həmçinin bax

İstinadlar

  1. Identifiants et Référentiels (fr.). ABES, 2011.
  2. IMDb (ing.). 1990.
  3. "Discover ideas about Iranian Actors". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-20.
  4. "Jamileh Sheykhi". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-20.
  5. Jamileh Sheikhi (1930–2001)
  6. "Jamileh Sheykhi". 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-20.
  7. "Jamileh Sheykhi". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-20.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.