Cəməl döyüşü

Cəməl döyüşü (ərəb. موقعة الجمل) — dördüncü Raşidi xəlifə Əli ibn Əbu Talibin tərəfdarları ilə Aişə və onun tərəfdaşları Təlhə ibn UbeydullahZübeyr ibn Əvvamın başçılıq etdiyi qrupla onun hakimiyyətinə qarşı baş vermiş döyüş. Döyüş 656-cı il dekabrın 8-də baş verir.

Cəməl döyüşü
ərəb. موقعة الجمل
Birinci Fitnə
AişəƏli ibn Əbu Talibin Cəməl müharibəsində təsviri.
Tarix 7 noyabr, 656
Yeri Bəsrə, İraq
Səbəbi Məhəmməd peyğəmbərin dul arvadı Aişə bint Əbu Bekirin Əli ibn Əbu Talibə beyət etməməsi
Nəticəsi Rəşidi xilafətinin qələbəsi
Münaqişə tərəfləri

Rəşidi xilafəti

Aişə və tərəfarları

Komandan(lar)

Əli ibn Əbu Talib
Malik Əştər
Həsən ibn Əli
Hüseyn ibn Əli
Əmmar ibn Yasir
Müslüm ibn Əqil
Məhəmməd ibn Əbu Bəkr
Əbdürrəhman ibn Əbubəkr
Şeyx Cabir Ənsari
Məhəmməd ibn əl-Hənəfiyyə
Əbu Əyyub əl-Ənsari
Abdullah ibn Abbas
Əbu Qətadə ibn Rəbi əl-Ənsari
Əbu Qətadə bin Rəbiyyə
Qeys ibn Səəd
Qətm bin Abbas
Xuzeymə ibn Sabit
Cundub İbn Kəəb əl-Azadi

Aişə
Təlhə ibn Ubeydullah
Məhəmməd ibn Təlhə
Zübeyr ibn Əvvam
Kaab ibn Sur
Abdullah ibn Zübeyr
Mərvan ibn Həkəm əsir
Valid ibn Uqbə əsir
Abdullah ibn Safvan ibn Üməyyə ibn Xələf

Tərəflərin qüvvəsi

20.000[1]

30.000[1]

İtkilər

400-500 (yaralananlar)[2] ~5,000 (ölüm)[3][4]

2,500 (yaralananlar)[2] ~13,000 (ölüm)[3][4]

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mənbələr

    Erkən İslam tarixinin çox hissəsi şifahi şəkildə ötürülürmüşdür. Raşidi xilafəti dövründən bu günə qədər kifayət qədər az sayda tarixi mənbələr gəlib çatmışdır. Başqalarının prinsipcə mövcud olub-olmadığı məlum deyil. Bu dövrə aid, eləcə də Əməvilər sülaləsinin sonrakı hakimiyyəti dövrünə aid dövrümüzə çatan sənədlər və yazılar əsasən üçüncü Abbasi xilafəti illərində yazılmışdır. Bunlardan əlavə, İslamın ilkin tarixi haqqında Məhəmməd peyğəmbərin hədislərində mühüm məlumatlar vardır. Onların inkişafı İslam tarixinin ilk üç əsrində mühüm elementdir.

    Müsəlmanların fəth illərində yazılmış Dəvə döyüşü dövrünün hadisələri haqqında yeganə tarixi mənbə şiə alimi Süleyman ibn Qeysin Kitab əl-Səqifəsidir - İslamın birinci əsrinə aid hədislər və tarixi hesabatlar toplusu. O, həmin illərin hadisələri, o cümlədən davamlılıq məsələsi haqqında kifayət qədər ətraflı məlumat verir[5][6] [7][8]. Lakin bu mənbənin etibarlılığı ilə bağlı şübhələr var, çünki bəzi tarixçilər və islam alimləri digər əsərlərdə onun ilk qeydinin XI əsrə aid olduğunu nəzərə alaraq, bu əsərin əslində sonradan yazıldığını hesab edirdilər[9].

    Döyüş üçün hazırlıq

    Döyüş hazırlığında 600-900 nəfərlik bir dəstənin başında Aişə, Zübeyr və Təlhə Hicazdan təxminən 1300 kilometr aralıda olan İraqın Bəsrə şəhərinə doğru irəlilədilər. Burada əhəmiyyətli qüvvə toplaya bildilər. Onlar kampaniya üçün maliyyəni xəlifə Əli tərəfindən devrilmiş Osmanın keçmiş valisi Əməvi Yala ibn Munya kimi varlı Məkkəlilərdən təmin etmişdilər. Ərəb tarixçisi ət-Təbərinin yazdığına görə, Bəsrəyə gedən yolda vahiməyə düşmüş və bu Məhəmmədin peyğəmbərin illər əvvəl öz zövcələrinə etdiyi qorxunc xəbərdarlığını xatırlatmışdır: “Xanımlarımdan birinin Allahın əmrindən çıxaraq dəvəyə minib müharibəyə gedəcəyini və Həvab suyunun başında itlərin hürməsi ilə qarşılaşacaq.”[10]. Aişə ağlaya-ağlaya geri qaytarılmasını istəyir və hətta kampaniyadan əl çəkməyi planlaşdırırdı, lakin Təlhə və Zübeyr onu fikrindən daşındırır.

    Bəsrədə Aişəni uğursuzluq gözləyirdi. Şəhərin əhalisi siyasi cəhətdən parçalanmış olsa da, onun böyük hissəsi hələ də Əlinin tərəfində idi. Aişənin gəlişindən əvvəl, müxtəlif siyasi guşələrdən olan iki qrup çoxlu sayda itki verərək nəticəsiz döyüşə girişmişdi, lakin toqqquşmalar atəşkəs və tərəflərin mövqelərini qoruması ilə nəticələnir. Aişə, Zübeyr və Təlhə Bəsrədən kənarda düşərgə salırlar. Əlinin gözləntisi üsyançılar üçün xoşagəlməz olur, onlar daha sonra gecə saatlarında şəhərə basqın edərək Bəsrəyə nəzarəti ələ keçirir.

    Bu hadisədən xəbər tutan Əli şəxsən kiçik bir qoşunla şəhərə gedir və oğlu Həsəni Kufəyə dəstək almaq məqsədi ilə göndərir. Əliyə kömək etməyə razı olanlar onun ordusu ilə Bəsrədə qarşılaşır. Hər biri 10 min nəfərə yaxın olan iki ordu bir-biri ilə üzbəüz yerləşirdi. Ordular arasında bir çadır qurulur və orada üç gün Təlhə, Zübeyr və Əli arasında danışıqlar aparılır. Tərəflər razılığa gəlməyə və gözlənilən genişmiqyaslı müharibədən yayınmağa çalışırlar. Danışıqların təfərrüatları qaranlıq qalsa da, bir çox ərəb mənbələrində Əli daha Zübeyrə uşaqlıq illərində Məhəmməd peyğəmbərin onların arasında ədalətsiz bir döyüş olacağı haqqında bir hədisi xatırladır.

    Danışıqlarda Aişə, Təlhə və Zübeyr Əlinin istefasını və xəlifəni seçmək üçün seçilmiş şuranın təşkilini tələb edirlər. Osmanın qatillərini təslim etmək istəməməkdə ona qarşı ittihamlarına cavab olaraq, Əli Təlhə və Zübeyrəyə üçüncü xəlifənin xilası üçün göstərdikləri səyləri xatırlatdır. Aişə və Təlhəni ona qarşı çıxmaqda ittiham edir. Bir çox mənbələr həm təmkinliyə çağıran Əlinin səylərini, həm də Təlhə və Aişənin Osmanla müxalifətdə aparıcı rolunu qeyd edirlər. Danışıqların başlamasından üç gün sonra heç bir nəticə əldə olunmur və hər iki tərəfin döyüşün başlamasına hazırlaşmaqdan başqa çarəsi qalmır[11].

    Döyüş

    Döyüş 656-cı il dekabrın 8-də günorta saatlarında başlayır. Aişə zirehli çardaq olan qırmızı dəvənin üstündə döyüş meydanından çıxarıldı. Məhz bu heyvanın şərəfinə döyüş öz adını almışdır. Döyüş Aişə və onun tərəfdarlarının məğlubiyyəti ilə bitir. Döyüş Təlhə ibn UbeydullahZübeyr ibn Əvvam öldürülməsi ilə bitir. Əməvilər sülaləsindən olan dördüncü ərəb xəlifəsi Mərvan ibn Həkəm isə əsr götürülür. Döyüş bitdikdən sonra Aişə qardaşı Məhəmməd ibn Əbu Bəkr tərəfindən Mədinəyə aparılır.

    Mənbələr

    • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel  Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 273. ISBN 978-9952-441-10-9.

    İstinadlar

    1. "Archived copy". 23 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 August 2015.
    2. Madelung 1997, pg. 177
    3. Jibouri, Yasin T. Kerbalā and Beyond. Bloomington, IN: Authorhouse, 2011. Print. ISBN 1467026131 Pgs. 30
    4. Muraj al-Thahab Vol. 5, Pg. 177
    5. Reason and inspiration in Islam: theology, philosophy and mysticism in Muslim thought: essays in honour of Hermann Landolt / edited by Hermann Landolt[en] & Todd Lawson[en], Institute of Ismaili Studies[en]. — L.; N. Y.: I.B. Tauris, 2005. — P. 59. — 558 p. — ISBN 978-1-85043-470-2.
    6. Sachedina Abdulaziz Abdulhussein[en]. Islamic Messianism: The Idea of the Mahdi in Twelver Shi'ism. — Albany, N.Y.: SUNY Press, 1981. — P. 54—55. — 240 p. — ISBN 0-87395-458-0.
    7. Modarressi Tabataba’i Hossein[en]. Tradition and survival: a bibliographical survey of early Shī'ite literature. — L.: Onewood Publication, 2003. — P. 82—88. — 464 p. — ISBN 978-1-85168-331-4.
    8. Dakake Maria M.. The Charismatic Community: Shiʻite Identity in Early Islam. — Albany, N.Y.: SUNY Press, 2012. — P. 270. — 335 p. — ISBN 978-0-7914-7033-6.
    9. Khetia Vinay. Fatima as a Motif of Contention and Suffering in Islamic Sources. — Thesis (PhD). — Montréal: Concordia University, 2013. — P. 60. — 101 p
    10. Al-Djamal / Veccia Vaglieri L. // Encyclopaedia of Islam. 2nd ed : in 12 vol. / edited by B. Lewis; J. Schacht[en] & Ch. Pellat. Assisted by J. Burton-Page, C. Dumont and V. L. Ménage. — Leiden : E.J. Brill, 1991. — Vol. 2
    11. Ali b. Abi Talib / Gleave Robert M. // Encyclopaedia of Islam. THREE : . — Leiden : Koninklijke Brill, 2021. — ISSN 1873-9849.
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.