Cəmşidpur
Cəmşidpur, Tatanaqar — Hindistanın şimalında Charkhand ştatında şəhər.[1]
şəhər | |
Cəmşidpur | |
---|---|
ing. Jamshedpur | |
[[File:
| |
22°48′00″ şm. e. 86°11′00″ ş. u. | |
Ölkə | Hindistan |
Tabesində | Charkhand ştatı |
Region | Şərqi Sinqhbhum |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1919 |
Sahəsi | 209 km² |
Mərkəzin hündürlüyü | 159 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Sıxlığı | 6,400 nəf./km² |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +91 657 |
Poçt indeksi | 831001 |
Nəqliyyat kodları | JH 05, |
Digər | |
jamshedpur.nic.in | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Çhota-Naqpur yastıdağlığının cənub şərqində, Suvarnarekha çayı sahilindədir. Nəqliyyat qovşağı.[1]
Tarixi
20-ci əsrin əvvəllərində sənayeçi Cəmşidci Tata tərəfindən salınmış və onun şərəfinə adlandırılmışdır. Dəmir filizləri, manqan və daş kömürün yerli yataqları əsasında metallurqiya mərkəzi kimi inkişaf etmişdir.[1]
Memarlığı
Hindistan Milli metallurgiya laboratoriyası, Milli Texnologiya İnstitutu (1960), biznes-məktəb (ölkənin ən yaxşı mək təblərindən biri), kolleclər (o cümlədən tibb) var.[1]
Sənayesi
Cəmşidpur ağır sənaye mərkəzidir: nəqliyyat və kənd təsərrüfatı maşınqayırması müəssisələri fəaliyyət göstərir; energetika avadanlığı, elektrotexnika məmulatları və s. istehsal olunur. Kimya, sement sənayesi, polad borular istehsalı inkişaf etmişdir. Cəmşidpur ölkənin inkişaf etmiş infrastruktura malik, ən yaxşı planlaşdırılmış və yaşıllaşdırılmış şəhərlərindən biridir.[1]
Qalereya
- Cəmşidpur şəhəri
- Tala Steel gece görünüşü
- Cəmşidpur gecələr
- Şəhər mənzərəsi
- Yubili parkı
- Tatanaqar qovşağı
- Manqo avtobus dayanacağı
- Ekspres yolu
İstinadlar
- Cəmşidpur// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 278. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.