Cəmşidci Tata

Cəmşidci Nuşervanci Tata (Qucaratca:જમ્શેત્જી નુંસ્સેર્વાનજી ટાટા; 3 mart 1839[1]19 may 1904[1], Bad-Nauhaym[d], Hessen) — Hind sənayeçisi. Tata Qrupu şirkətlərinin yaradıcısı. Hindistan sənayesində gördüyü işlərə görə hind sənayesinin atası adlandırılmışdır".[2]. Ailəsi əslən Parsi mənşəlidir.

Cəmşidci Tata
Jamsetji Nusserwanji Tata
Cəmşidci Tata
Cəmşidci Tata
Doğum tarixi
Doğum yeri Navsari, Qucarat, Hindistan
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Brukvud qəbiristanlığı[d]
Həyat yoldaşı Hirabai Dabu
Atası Nuşervanci
Anası Civanbai Tata
Təhsili
Fəaliyyəti sahibkar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti

Cəmçidci Tata 20 yaşında Çinə getmişdir. Çindən Hindistana müxtəlif növ əmtəə ixracı ilə məşğul olmuş və qısa zaman ərzində varlanmışdır. Hindistana qayıtdıqdan sonra ixracatla məşğul olan şirkət yaratmışdır. Şirkətin Pekin, Tokio, Paris, LondonNyu-York kimi şəhərlərdə mərkəzləri açılmışdır. 1874-cü ildə Mumbay və Nagbur şəhərlərində iki fabrika açmışdır. XX əsrin sonlarına yaxın Tata Hindistanın yeraltı sərvətlərindən əlverişli istifadə edilməsi üçün plan hazırladı. Tata ailəsi bu gündə Cəmşidci Tata tərəfindən yaradılan şirkətləri idarə edirlər. Hindistanda Tata tərəfindən yaradılan 40-dən çox şirkət fəaliyyət göstərir.

Mumbay şəhərində yerləşən Tac Mahal Oteli, yapon ipəyinin əldə edilməsi üçün maysor ipəkçilik mərkəzi, Baglalor Milli Elmlər Akademiyasının binası Cəmşidci Tata tərəfindən inşa edilmişdir. Tata Bombey şəhərinin gözəlləşdirilməsi və bərpası üçün milyonlarla dollar vəsait xərcləmişdir.

Həmçinin bax

İstinadlar

  1. Jamsetji Tata // Encyclopædia Britannica (ing.).
  2. "Cəmşidci Tata fondu". 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-09.

Mənbə

  • For the Love of India: The Life and Times of Jamsetji Tata by R M Lala (ISBN 0-670-05782-7)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.