Cəlvətilik
Cəlvətlik-sufi təriqəti
Cəlvətilik bayramilikdən ayrılaraq müstəqil sufi təriqətinə çevrilmişdir. Osmanlı imperiyasında bu təriqətin inkişafı zəmanəsinin ən savadlı və mömin insanlarından olmuş Əziz Mahmud Hüdainin (vəfatı: 1628 il) adı ilə bağlıdır. O, otuzdan artıq əsərin müəllifi olmuş və minlərlə tələbə yetişdirmişdir. Cəlvətiyyənin daha sonrakı inkişafında İsmail Həqqi Bursalı (vəfatı: 1724-cü il) da çox işlər görmüşdür.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.