Cəlil bəy Sultanov

Cəlil bəy SultanovAzərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı.

Həyatı

Azərbaycan Milli ġurasmın "Azərbaycan Məclisi-Məbusanına seçkilər haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Parlamentə seçilmişdir.

Cəlil bəy Sultanov 16 iyun 1919-cu il tarixli iclasında Bitərəflər fraksiyasından çıxıb Müsavat fraksiyasına daxil olması haqqında Rəyasət Heyətinə ərizə ilə müraciət etmişdi. Parlament nizamnaməsinə edilmiş dəyişikliyə görə, üzürsüz səbəbdən parlamentə iki həftə gəlməyən deputat parlament qərarına əsasən üzvlükdən məhrum edilirdi. Cəlil bəy Sultanova mayın 11-də Tiflisdə, Zaqafqaziya konfransında müşavir kimi iştirak etməsi üçün hökumət tərəfindən 10 günlük məzuniyyət verilmişdi. Fraksiyanı dəvişməsi isə mayın 12-də keçirilən iclasda elan edilmişdi. Parlamentin Rəyasət Heyəti onun konfransda iştirak etməsi haqqında məlumatsız olduğu üçün parlament "nakaz"ına müvafiq olaraq 2 həftədən sonra deputatlıqdan xaric etmişdi. Həqiqətdə isə Tiflisdəki konfransda iştirak etmək üçün hökumət tərəfindən Xəlil bəy Xasməmmədov özü Cəlil bəy Sultanova sənəd və vəsiqə vermişdi. Hökumət ona vol haqqı da ödəmişdi. Parlament "nakaz"ına görə Sultanov parlamentin Rəyasat Hevətini özü xəbərdar etməli idi.[1]

Cəlil bəy Sultanov Azərbaycan Demokratik Respublikası parlamentinin Zəngəzur qəzasından olan millət vəkili idi[2].

İstinadlar

  1. "Arxivlənmiş surət" (PDF). 2022-03-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-03-26.
  2. "Zəngəzur aslanı, yaxud ermənini gözündən vuran bəy oğlunun faciəli sonu". 2013-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-06.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.