Cəlil Cavanşir
Cəlil Cavanşir (tam adı: Hacıyev Cəlil Cavanşir oğlu; 2 yanvar 1984, Xaçmaz, Vartaşen rayonu) — azərbaycanlı yazıçı, tərcüməçi, ssenarist.
Cəlil Cavanşir | |
---|---|
Cəlil Cavanşir oğlu Hacıyev | |
Doğum adı | Cəlil Hacıyev |
Təxəllüsləri | Ay Han, Cavanşir |
Doğum tarixi | |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Uşaqları | Ayhan Hacılı, Cansel Hacı |
Atası | Cavanşir Hacıyev |
Anası | Şəkurə Həsənova |
Təhsili | Gəncə Dövlət Universiteti |
İxtisası | germanist |
Fəaliyyəti | jurnalist, yazıçı, ssenarist, tərcüməçi |
Fəaliyyət illəri | 2004 – h. h. |
Əsərlərinin dili | Azərbaycanca |
Janrlar | şeir, esse, roman, hekayə, ssenari |
İlk əsəri | "Axı bu dünyaya nəyə gəlmişəm" - 1998 |
Mükafatları |
|
celilizm.blogspot.com |
Həyatı
Cəlil Cavanşir 1984-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində dünyaya gəlib.
2001-ci ildə M. F. Axundov adına Oğuz rayon, Xaçmaz kənd 1 saylı orta məktəbini bitirib. 2002–2003-cü illərdə hərbi xidmətdə olub. 2004-cü ildə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin alman dili ixtisasına qəbul olunub və 2008-ci ildə ali təhsilini başa vurub.
Tələbəlik illərindən jurnalistika fəaliyyətinə başlayıb, müxtəlif mətbu orqanlarda çalışıb. "Töhfə", "Türküstan", "Vətəndaş Həmrəyliyi" qəzetləri, "Alatoran", "Molla Nəsrəddin dünyası", "Yurddan səslər", "Pirsultan", "Doqquz iqlim", "Ənvər Paşa" dərgiləri ilə əməkdaşlıq edib.
"Palma" ədəbi-bədii tərcümə jurnalının və "Region xəbər" qəzetinin təsisçisi olub. 2007–2011-ci illərdə folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı ilə birlikdə folklor araşdırmaları ilə məşğul olub, eyni zamanda türk və alman dillərindən bədii tərcümələr edib.
2009-cu ildə doqquziklim.net elektron ədəbiyyat dərgisini təsis edib və 2010-cu ilə qədər həmin dərgiyə rəhbərlik edib.
2010-cu ildə II Nəsimi Ədəbiyyat Müsabiqəsində şeir nominasiyasında II yer tutub.
2010-cu ilin may-noyabr aylarında Azad Azərbaycan Televiziyasında "Azərbaycan sirrləri" adlı tarixi-etnoqrafik layihədə redaktor-ssenarist kimi fəaliyyət göstərib.
2011-ci ilin yanvar ayından "Mərkəz" qəzetində fəaliyyətə başlayıb və qəzetin ədəbiyyat səhifəsini hazırlayıb.
2012-ci ilin mart ayından "Ədalət" və "Gündəlik Teleqraf" qəzetləri və Publika.az xəbər potalı ilə əməkdaşlıq edib, "Publika Art" layihəsində redaktor olaraq çalışıb.
"Qanun" Nəşrlər Evində "Azərbaycan Ədəbiyyatı" şöbəsinin baş redaktoru, "Hədəf" Nəşrlərinin baş redaktoru və tərcüməçisi vəzifəsində işləyib.
2015-ci ilin oktyabr ayından, 2019-cu ilin yanvar ayınadək Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mütəxəsisi vəzifəsində fəaliyyət göstərib.
2012-ci ildən "Qanun" Nəşrlər Evi ilə tərcüməçi və redaktor kimi əməkdaşlıq edir, 2022-ci ildən Qanun Nəşrlər Evinin "Dinlə Kitab" audio-kitab layihəsinin rəhbəridir.
2017-ci ilin fevral ayından "TEAS press" Nəşriyyatı ilə tərcüməçi və redaktor kimi əməkdaşlıq edir.
2020–2022 "Sputnik-Azərbaycan" (www.sputnik.az)ın köşə yazarı kimi fəaliyyət göstərib.
Şeirləri ingilis, alman, özbək, rus və fars dillərinə tərcümə olunub.
Kitabları
Cild | Kitabın adı | İçindəkilər | Şəhər | Nəşriyyat | İl | Səhifə | ISBN |
---|---|---|---|---|---|---|---|
Daha məni xatırlama | Şeirlər | Gəncə | AGAH | 2004 | 100 | ||
Öz ruhunun işığında | Xatirələr, esselər | Bakı | EL | 2009 | 200 | ||
Underground sevgilər | Şeirlər | Bakı | Qanun | 2011 | 78 | ||
İtirilmiş əlyazma | Roman | Bakı | Qanun | 2012 | 167 | ||
Dinlər, təriqətlər, peyğəmbərlər | Dini araşdırma | Bakı | Hədəf Nəşrləri | 2013 | 120 | ||
Qadın corabları | Roman | Bakı | Hədəf Nəşrləri | 2014 | 200 | - | |
P. S: Darıxıram | Şeir, esse | Bakı | XAN Nəşriyyatı | 2015 | 120 | ||
Sola dönmək qadağandır | Esselər | Bakı | Xan Nəşriyyatı | 2017 | 196 | ||
Miladdan sonra | Şeirlər | Bakı | XAN Nəşriyyatı | 2018 | 76 | ISBN:903942835302 | |
Azğın | Roman | Bakı | XAN Nəşriyyatı | 2019 | 204 | ISBN:905328910632 | |
Eşq və intihar | Motivasiya, esselər | Bakı | Mücrü Nəşriyyatı | 2020 | 108 | ISBN:9789952405217 | |
Ədəbiyyatın bəxtsiz və şıltaq övladları | bioqrafik araşdırmalar | Bakı | Mücrü Nəşriyyatı | 2021 | 140 | ISBN:9789241220583 |
Tərcümə kitabları
- Bernhard Şlink. Qiraətçi (Fərican Quliyeva ilə birlikdə).
- Ziqmund Freyd. Totem və Tabu.
- Brijit Ober. Doktor Marçın dörd oğlu.
- Fridrix Nitsşe. Dəccal
- Artur Konan Doyl. Baskomb vadisinin sirri
- Artur Konan Doyl. Subay Zadəgan
- Artur Konan Doyl. Polkovnikin ölümü
- Artur Konan Doyl. Detektiv ölüm yatağında
- Artur Konan Doyl. Son Hadisə
- Orhan Aras. Son Cənnət
- Vulf Dorn. Şizofrenik
- Vulf Dorn. Oyunbaz
- Nevzat Kösoğlu. Şəhid Ənvər Paşa
- Əmrah Sərbəs. Hər təmas iz buraxır
- Əmrah Sərbəs. Sonuncu qazıntı
- İmmanuel Kant. Təhsil haqqında
- Con Boyn. Zolaqlı pijamalı oğlan
- Kinsun. Yol sənin içindədir
- Çinar Ata. Sura üfürülənə qədər- Sarı Saltuk
- Almanax. Borxertdən Borxesə qədər. 10 Hekayə
- Robert Makki. Hekayə
- Vulf Dorn. Fobiya
- Qrim Qardaşlarının nağılları ilə. Alman dili addım-addım