Cəlayir (Qax)

CəlayirAzərbaycan Respublikasının Qax rayonunun Sarıbaş inzibati ərazi vahidində kənd.

Cəlayir
41°19′12″ şm. e. 46°47′56″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.407 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3413[1]
Cəlayir xəritədə
Cəlayir
Cəlayir

Qafqaz silsiləsinin yamacındadır[2].

Tarixi

XIII əsrdə Şimali Azərbaycanın Dağıstanla sərhədlənən ərazilərinə köçürülmüş türk-monqol tayfalarından biri olan Cəlairilərlə bağlı bir toponimdir. Bu tayfanın hakimiyyəti altında olan Cəlairilər dövləti indiki İrakSuriya ərazilərini əhatə edirdi. Ən görkəmli hökmdarı isə Əhməd şah Cəlair olmuşdur.

Əhalisi

1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 364 təsərrüfatda hər iki cinsdən toplam 1.574 nəfər əhali yaşamaqdadır.[3] Kənddə Azərbaycan türkləri yaşayır.[4]

Toponimikası

Cəlair oyk., sadə. Ağsu r-nunun Kənd-oba i.ə.v.-də kənd. Şirvan düzündədir; Qax r-nunun Sarıbaş i.ə.v.-də kənd. Qafqaz silsiləsinin yamacındadır; Cəlilabad r-nunun eyniadlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri türkdilli cəlair/cəlayir tayfasının adını daşıyır. Etnotoponimdir.[5]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. http://www.azerpost.az/?options=content&id=188.
  2. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 171.
  3. Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today
  4. Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 167–169. .
  5. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.