Cəlairilər sultanlığı

Cəlairilər sultanlığı — 1340-cı ildən 1432-ci ilədək Azərbaycanda, İrandaİraqda iqtidarda olmuş eyniadlı monqol əsilli türk xanədanının idarə etdiyi dövlət.

Sultanlıq
Cəlairilər sultanlığı
آلجلایر
Bayraq
Bayraq
 
 
1335  1432

Paytaxt Bağdad (1335-1358)
Təbriz (1359-1388)
Bağdad (1388-1411)
Bəsrə (1411-1432)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Cəlairilər el, ulus şəklində monqol yürüşləri dövründə Azərbaycana gəlmişlər. Tərkibinə İraqi Ərəb, İraqi Əcəm, Kürdüstan , Gürcüstan, Ermənistan, Deyləm, Xorasan, Cəzirə, Luristan, Xuzistan və digər ərazilər daxil idi. Paytaxtı Bağdad, sonra isə Təbriz şəhərləri olmuşdur. Şeyx Həsən Cəlairi 1341-ci ildə Bağdadda Cahan Teymuru taxtdan salaraq Cəlairilər dövlətinin əsasını qoydu. Onu əvəz edən Şeyx Üveys 1359-cu ildə Azərbaycanı Cəlairilər dövlətinin tərkibinə qatdı və Təbrizi paytaxt etdi[1].

Sultan Əhməd Cəlairinin dövründə Cəlairilər dövlətinin daxilində hakimiyyət uğrunda mübarizə gücləndi, dövlət tənəzzülə uğradı və sonra Teymurun və Qızıl Orda xanı Toxtamışın hücumlarına məruz qaldı. Teymurun yürüşləri dövründə Əlincəqala Cəlairilərin əsas müdafiə istehkamına çevrildi. 1386-cı ildə Teymurun qoşunu Təbrizi tutduqdan sonra Naxçıvan ərazisində onlara qarşı vuruşan Sultan Əhməd Bağdada, onun əmirlərinin bir hissəsi isə Əlincəqalaya çəkildi. Qalada Cəlairilərin xəzinəsi, Sultan Əhmədin ailəsi, oğlu Sultan Tahir və yaxın adamları, 300-ə yaxın cəngavər var idi. Teymurun yürüşləri dövründə Cəlairilərin Azərbaycanda nüfuzu bilavasitə Əlincəqaladakı hökmranlıqları ilə həyata keçirildi. Qalanın müdafiəsinə Xacə Cövhər, Altun və Əhməd Oğulşayi başçılıq etmişlər. Qaladakı cəlairi əmirləri 1386–1391-ci illərdə 6 dəfə Təbrizə yürüş etmiş və hakimiyyətlərinin bərpasına cəhd göstərmişlər. 4 yürüş nəticəsində Təbriz tutulsa da, şəhərdə möhkəmlənmək mümkün olmamışdır. 1405-ci ildə Sultan Əhməd Azərbaycanda hakimiyyətini bərpa etdi. 1410-cu ildə onun ölümü ilə Cəlairilər dövləti süquta uğrasa da, başqa ərazilərdə öz fəaliyyətini bir müddət davam etdirdi[1].

İlk Cəlairlər

Bağdadın fəthindən sonra İlqa noyon Cəlair və nəvəsi Qarabuğa Cəlair Bağdadın yenidənqurması ilə məşğul olurdular. İlqa noyon 1263-cü ildə Qızıl Ordaya qarşı yürüşdə iştirak etmişdi. 1282-ci ildə Əhməd Təkudarın hakimiyyətə gəlməsini ilk dəstəkləyənlər İlqa noyonun oğlu Şiktur noyon və qardaşı Oğulay Qorçu Cəlairin oğlu Buğa noyon idi. Daha sonra Şiktur Noyon və qardaşı Ağbuğa noyon Əhmədin, Buğa noyon və qardaşı Arıq noyon isə Arqunun tərəfinə keçdilər. Mübarizədən Arqun və Buğa noyon qalib ayrıldı, lakin Buğa hakimiyyəti tək ələ almaq istədiyi üçün oğulları Abaçı, Malik, Tərxan Teymur və Qutluq Teymur 1289-cu ildə edam edildi.

1265-ci ildə İlqa noyonun digər oğlu Tüqu noyon Rum əyalətində bitikçi kimi çalışırdı. 1277-ci ildə Baybars tərəfindən öldürülmüşdü.

Digər bir qardaş Ağbuğa noyon isə Keyxatunun tərəfdarı idi. Öz qardaşı Toğan noyonu belə Keyxatuya tabe olmadığı üçün edam etmişdi.

Ağbuğa noyon və Hüseyn noyon

1295-ci ildə Keyxatu xanın devrilməsindən sonra onun dəstəkçilərindən biri olan Ağbuğa Cəlair də öldürülmüşdü, lakin elə həmin il Baydunun devrilməsi və Qazan xanın hakimiyyətə gəlməsi Cəlairiləri də gücləndirdi. Qazan xan öz bacısı Ulcatay sultanı Ağbuğa noyonun oğlu Əmir Hüseyn Cəlairlə evləndirdi. Hüseyn noyon 1304-cü ildə artıq Olcaytu xanın 4 keşik əmirindən biri idi. 1312–1313-cü ildə Arran hakimliyi ilə məşğul idi. Hüseyn noyonun qızı Soyurqatmış xatun Olcaytu ilə evlənmişdi, lakin 1316-cı ildə Olcaytunun ölümü ilə rəqib keşik əmirlərindən biri — Əmir Çoban üstünlük qazandı. Əmir Çoban həm də Əmir Hüseyn ilə quda idi — oğlu Həsən noyon Çobanın qızı Bağdad Xatunla evli idi. Əmir Hüseyn 1322-ci ildə vəfat etdi.

Həsən noyon

Elxanilər dövlətinin süqutundan sonra Tacəddin Həsən noyon bütövlükdə Azərbaycanda hakimiyyət uğrunda müharibələr aparmış, lakin məğlub olaraq İraq istiqamətinə çəkilmək məcburiyyətində qalmış və orada öz dövlətini qurmuşdur. Əmir Teymurun beşillik yürüşü zamanı Qaraqoyunlularla birlikdə Teymurilərə qarşı müqavimət göstərmiş, lakin məğlub olaraq Bağdadı itirmişlər. Həmin dövrdə hakimiyyətdə olan Sultan Qiyasəddin Əhməd öncə Osmanlıya, sonra isə Məmlüklərə sığınmışdır. Sultan Əhməd Temurun ölümündən sonra, 1405-ci ildən etibarən dövləti yenidən dirçəltmiş və Təbrizi geri almağa çalışmışdır, lakin 1410-cu ildə Qaraqoyunlu sultanı Qara Yusif tərəfindən məğlub edilərək edam edilmişdir.

Hökmdarları

Azərbaycan sülalələri

Soyağacı

 
 
 
Hüseyn noyon Cəlayır
 
Arqun xanın kürəkəni, Ulcatay Sultanın əri
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tacəddin Həsən noyon
1335-1356
 
Dilşad xatun
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
I Üveys
1356-1374
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şeyx Əli (ö.1382)
 
I Hüseyn
1374-1382
 
 
 
Sultan Qiyasəddin Əhməd
1383-1410
 
Şeyx Həsən (ö.1374)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şahvələd
1410-1411
 
Təndurə xatun
 
 
 
Əlaəddövlə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mahmud
1411-1415
 
II Sultan Üveys Cəlayır
1415-1421
 
Məhəmməd
1421-1422
 
II Sultan Hüseyn Cəlayır
1424-1432
 
 
 
 

Həmçinin bax

İstinadlar

  1. Naxçıvan ensiklopediyası. Bakı. 2002. səh. 82.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.