Cəlal Qasımov (filoloq)
Qasımov Cəlal Əbil oğlu (15 yanvar 1959 Püsyan, Noraşen rayonu — 30 oktyabr 2021 Bakı şəhəri) — Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, əməkdar müəllim[1]AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri (2021). Cəlal Qasımov həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının fakültə rəisi idi və polkovnik rütbəsini daşıyırdı.
Cəlal Qasımov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Püsyan, Şərur rayonu, Naxçıvan MR |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | Bakı şəhəri |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | alim |
Həyat yoldaşı | Sevda Qasımova |
Uşaqları | 2 övladı (Fuad Qasımov və Faiq Qasımov) |
Rütbəsi | Polkovnik |
Elmi fəaliyyəti | |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | |
Elmi adı |
Həyatı və fəaliyyəti
Cəlal Qasımov 15 yanvar 1959-cu ildə Şərur rayonunun Püsyan kəndində anadan olmuşdur[1]. 1984-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. 1993-cü ildə görkəmli tənqidçi və ədəbiyyatşünas "Abdulla Surun həyat və yaradıcılıq yolu" mövzusunda namizədlik, 2000-ci ildə "Siyasi repressiya həyatda və ədəbiyyatda" mövzusunda isə doktorluq dissertasiyasını müdafiə etmişdir.
1984–1991-ci illərdə Sabirabad rayonunda dil-ədəbiyyat müəllimi işləmişdir. 1991–1993-cü illərdə vaxtilə təhsil aldığı Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1993-cü ildən 2020-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində çalışıb. Ədəbiyyatşünaslığın müxtəlif sahələri, eləcə də siyasi repressiya qurbanlarının faciəli taleyi haqqında tədqiqatların, o cümlədən 30-dan çox kitabın və əsərlərin bir neçə tədris proqramının və eyni zamanda 150-dən çox elmi-publisistik məqalənin müəllifidir.
Ölümündən sonra 15 yanvar 2022-ci il tarixində AMEA Folklor İnstitutunda "Həyatını milli yaddaşın oyanışına həsr etmiş alim" mövzusunda elmi sessiya keçirilib[2][3]
Təltifləri
Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində xidmət etdiyi müddət ərzində dövlət təltiflərinə və digər mükafatlara layiq görülmüşdür:
- Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli Fərmanı ilə Hərbi Xidmətlərə Görə medalı[4]
- Azərbaycan Respublikası Prezidentinin 29 mart 2008-ci il tarixli 2741 nömrəli Sərəncamı ilə "Vətən uğrunda" medalı
- Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 27 mart 2014-cü il tarixli 073 nömrəli əmri ilə "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Orqanlarının 95 illiyi (1919–2014)" yubiley medalı[5]
- Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2018-ci il tarixli 758 nömrəli Sərəncamı ilə Əməkdar müəllim Fəxri adı
Əsərləri
- "Abdulla Sur və əsərləri" (1995)
- "Əsrin qiyamət çağı" (1997)
- "Nağı Şeyx Zamanın xatirələri" (1997)
- "Əksinqilab ilə Mübarizə Təşkilatı və Siyasi Repressiya" (1997)
- "Yaddaşın repressiyası" (1997)
- "Bitməmiş istintaq" (1997)
- "Respressiyadan deportasiyaya doğru" (1998)[8]
- "Yaddaşın bərpası" (1999)[8]
- "Müstəqillik Dövlətçilik və Milli Təhlükəsizliyin Keşiyində" Muzeyi" (1999)
- "Məhbus tərcümeyi-halı" (2003)
- "Hərbi Psixologiya" (2004)
- "Abdulla Surun Həyatı və Yaradıcılığı" (2004)
- "MTN: tarixi-hüquqi mənbələr" (2005)
- "İzahlı Siyasi Terminlər Lüğəti" (2007)
- "Cavidi məhbəsə aparan yol" (2007)[9]
- "Azərbaycan təhlükəsizlik orqanlarının qısa tarixi" (2008, dərslik)[8]
- "Azərbaycan təhlükəsizlik orqanlarının tarixi" (2009, rus, ingilis, azərbaycan dillərində)
- "Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi" (2011)
- "Bolşevik qurşununun qurbanları" (2011)[10]
- "Ədəbi məhkəmələr" (2012)[11]
- "Kitabi-Dədə Qorqud"un yasaqlanması" (2013)
- "Azərbaycan folklorşünasları (1920–1950)" (2015)
- "Milli təhlükəsizliyin əsasları" (2015, dərslik)[8]
- "Vəli Xuluflu" (2016)[12]
- "Cumhuriyyətin təhlükəsizlik orqanları (1918–1920)" (2018)[13]
- "Bəkir Çobanzadə" (2018)[14]
- "Birinci Türkoloji Qurultay: Şahidlər və Şəhidlər" (2019)[15][16]
- "Azərbaycanın Təhlükəsizlik Orqanları 100 ildə: Tarix və Müasirlik" (2019)
- "Siyasi Repressiya: Həyatda və Ədəbiyyatda" (2020)
- "Xalid Səid Xocayev" (2021)[17]
- "Ağrı yaddaşı" (2022)
- "Siyasi repressiyanın ensiklopediyası" (2022)
İstinadlar
- "Arxivlənmiş surət". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- "Arxivlənmiş surət". 2022-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- "Arxivlənmiş surət". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- "Arxivlənmiş surət". 2008-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- "Arxivlənmiş surət". 2021-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- "Arxivlənmiş surət". 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- "Arxivlənmiş surət". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- "Arxivlənmiş surət". 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- "Arxivlənmiş surət". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- "Arxivlənmiş surət". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- "Arxivlənmiş surət". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- "Arxivlənmiş surət". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- "Arxivlənmiş surət". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- "Arxivlənmiş surət". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- "Arxivlənmiş surət" (PDF). 2022-07-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-07-25.
- "Arxivlənmiş surət". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- "Arxivlənmiş surət". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.