Cəlal Fırat
Cəlal Fırat (1975, Malatya ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
Cəlal Fırat | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — İstanbul (3.) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1975 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya |
Həyatı
Cəlal Fırat 1975-ci ildə Malatya ilində anadan olub. İbtidai və orta təhsili Malatyada, lisey təhsilini isə İstanbulda alıb.[1]
Uzun illər ticarətlə məşğul olub. Ələvilər Dərnəyi Federasiyasının sədri, Avropa Ələvilər Dərnəyi Konfederasiyasının İdarə Heyətinin üzvü vəzifələrində təmsil olunub. 2012-ci ildən Qərib Dədələr cəm evinin prezidentidir.[1]
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]
Evlidir və 2 uşaq atasıdır.[1]
İstinadlar
- TBMM. "Celal FIRAT". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.