Cəlal Bərgüşad
Cavadov Cəlal Novruz oğlu (Cəlal Bərgüşad) — nasir, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Cəlal Bərgüşad | |
---|---|
Doğum adı | Cəlal Novruz oğlu Cavadov |
Təxəllüsü | Cəlal Bərgüşad |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan,Qazyan, Qubadlı |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Bakı |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | yazıçı |
Janr | roman |
Həyatı
Cəlal Bərgüşad 1924-cü il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Orta təhsilini Qubadlı kəndində fəhlə-gənclər məktəbində almış, II dünya müharibəsində iştirak etmiş, ağır döyüşlərin birində kantuziya olduğuna görə tərxis edilmişdir (1943). Bundan sonra Qubadlı rayon daxili işlər şöbəsində VAQ müdiri işləmişdir (1943-1946). Onun "Cənub taydan əsən meh" adlı ilk şeri də Qubadlıda çıxan "Avanqard" qəzetində dərc edilmişdir (1946). Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdir. "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi təyin olunmuşdur (1951).
1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləmişdir. Onun ssenarisi əsasında "Çoban Boran", "Göy göl", "Suren Adamyan", "Torpağın ətri", "Çinar yarpağı" televiziya fılmləri çəkilmişdir. "Babək" əsəri Tehranda (1984) farsca, "Qaçaq Nəbi" İstanbulda (1979) türkcə kütləvi tirajla çap olunmuşdur. Xidmətlərinə görə birinci dərəcəli "İkinci Dünya müharibəsi" ordeni (1986) və medallarla təltif edilmişdir.
Cəlal Bərgüşad şair Süleyman Rüstəmin bacısıyla ailə qurmuşdur.
1996-cı il iyulun 9-da vəfat etmişdir.
Kitabları
- Bozatın belində. Bakı: Uşaqgəncnəşr, 1958, 400 səh.
- Gələcəyi yaradanlar (oçerklər). Bakı: Azərnəşr, 1961, 78 səh.
- Təzə gəlin (hekayələr). Bakı: Uşaqgəncnəşr, 1962, 64 səh.
- Toydan sonra (hekayələr). Bakı: Azərnəşr, 1964, 128 səh.
- Bozatın belində (tarixi roman). Bakı: Gənclik, 1970, 408 səh.
- Dərilməmiş salxımlar (hekayələr). Bakı: Gənclik, 1974, 131 səh.
- Sıyrılmış qılınc (tarixi roman)[1]. Bakı: Gənclik, 1981, 375 səh.
- Şərq çiçəyi. Bakı: Gənclik, 1985, 235 səh.
- Bozatın belində. Bakı: Gənclik, 1988, 430 səh.
İstinadlar
- "Sinifdənxaric tədbirlər zamanı tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi". Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. - səh. 125.
Xarici keçidlər
- "Qarabağın görkəmli şəxsiyyətləri:Cəlal Bərgüşad (1924-1996)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.