Cəfərxanlı

CəfərxanlıAzərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.

Cəfərxanlı
39°19′ şm. e. 48°24′ ş. u.
Ölkə  Azərbaycan
Rayon Cəlilabad rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 61 m
Saat qurşağı
Əhalisi
Əhalisi 1030 (2009) nəfər
Cəfərxanlı xəritədə
Cəfərxanlı
Cəfərxanlı

Toponimikası

Cəlilabad r-nunun Üçtəpə inzibati ərazi vahidində kənd. İncəçayın sahilindədir. Oykonim cəfərxanlı nəslinin adı ilə bağlıdır. Etnotoponimdir.[1]

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1030 nəfər əhali yaşayır.[2]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Yol

31 iyul 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılmışdır.[3]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.