Cəfərxan
Cəfərxan — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Cəfərxan | |
---|---|
39°56′35″ şm. e. 48°29′30″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Saatlı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 460 (2009) nəfər |
|
Əhalisi
Əhalisinin sayı 460 nəfərdir.[1]
Toponimikası
Cəfərxan oyk., sadə. Saatlı rayonunun Sarıcalar inzibati ərazi vahidində kənd. Muğan düzündədir. Oykonim cəfərxanlı nəslinin adı ilə bağlıdır. Bu nəslin nümayəndələri Babək r-nunun Hacıvar, Ordubad r-nunun Üstüpü kəndlərində də qeydə alınmışdır. Etnotoponimdir.[2]
Təhsil
Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı[3] ilə Saatlı rayonunun Cəfərxan kəndində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün 1 512 000 manat vəsait ayrılmışdır.[4]
İstinadlar
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007
- "Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında" Arxivləşdirilib 2021-09-22 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı. president.az (az.)
- "Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı xərclərin bölgüsünə dair SİYAHI" Arxivləşdirilib 2021-09-22 at the Wayback Machine. president.az (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.