Cəfərqulu xan Qaraçorlu
Cəfərqulu xan Rza xan oğlu Qaraçorlu (1800-?) — Qaraçorlu elinin hakimi, Qacarlar ordusunun sərkərdəsi, Əmir Tuman.
Cəfərqulu xan Qaraçorlu | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1800 |
Vəfat tarixi | 1872 |
Hərbi fəaliyyəti | |
Rütbəsi | general |
Döyüşlər |
Həyatı
Cəfərqulu xan Rza xan oğlu 1800-cü ildə Qaradağ vilayətinin Məvazixan mahalında anadan olmuşdu. Atasından sonra Qaraçorlu elinin hakimi olmuşdu. Qacarlar ordusunun sərkərdəsi idi. Əmir Tuman (general-mayor) rütbəsi daşıyırdı. İran-Əfqan müharibəsində iştirak etmişdi.
Cəfərqulu xan Qaraçorlu Herat savaşında yaralanmışdı. Lakin o yarasına fikir verməyib sonadək qəhrəmanlıqla vuruşdu. Məhəmməd şah Qacar bu igidə altın və at bağışladı.
Bu ünlü Qaraçorlu əmiri qacarların siyasi həyatında mühüm rol oynamışdı.
...1848-ci ildə "Məhəmmədiyyə" qəsrində Məhəmməd şah Qacar dünyasını dəyişdi. Şahzadələr arasına qarışıqlıq düşdü. Vəliəhd Nasirəddin mirzə Təbrizdə olduğundan paytaxtdakılar taxt-tacı ələ keçirmək istəyirdilər. Şahzadələr birləşib xəzinəni arvadın çıxarmaq istəyirdilər ki, pulla köçəri tayfalardan qoşun toplayıb şahlığa yiyələnsinlər. Nasirəddin mirzənin anası Məhdi Ulya xanım Cəfərqulu xan Qaraçorlunun üstünə qaçıb xahiş etdi ki, bu işə əncam çəksin. Cəfərqulu xan yüz əlli nəfər atlı götürüb xəzinəni qorumağa başladı. Şahzadələr işə Cəfərqulu xanın qarışdığını görüb dinməzcə yerlərində əyləşdilər...
Ailəsi
Cəfərqulu xanın Surxay xan adlı oğlu vardı.
Mənbə
- Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı: "Ozan", 1998, 192 səh.