Cəfərqulu xan Cavanşir

Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşir (1785-1867) — Dövrünün tanınmış Azərbaycan şair və ictimai xadimi , general-mayor.

Cəfərqulu xan Cavanşir
Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşir
Doğum tarixi
Doğum yeri Şuşa, Qarabağ xanlığı
Vəfat tarixi
Vəfat yeri Şuşa, Şuşa qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Dəfn yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Həyat yoldaşları Əcaibnisə xanım Tuni bəy qızı, Yetər xanım Hüseynqulu bəy qızı
Uşaqları Abdullapaşa ağa, Kərim ağa, Hidayət ağa
Atası Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir
Fəaliyyəti şair
Mükafatları "İgidliyə görə" qızıl qılıncı
Vikimənbənin loqosu Cəfərqulu xan Cavanşir Vikimənbədə

Həyatı

Cəfərqulu xan Nəva 1785-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. Lələsi Səfərəli bəy Əli bəy oğlu Kəbirli idi. Atası Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir Qarabağ xanlığının vəliəhdi olduğundan babasından sonra hakimiyyətə keçəcəyini güman edirdi.

Mirzə Fətəli Axundova görə Qarabağ xanı İbrahimxəlil xanın ruslar tərəfindən öldürülməsindən sonra onun yerinə ən real namizəd 18 yaşlı nəvəsi Cəfər ağa imiş, lakin İbrahimxəlil xanın ikinci oğlu Mehdiqulu ağa TiflisdəQraf Qudoviçin sərəncamında, olan Cəfərqulu xan Xoyski ilə gizli danışıqlar aparır və özünün xan təyin ediləcəyi təqdirdə Cənubi Qafqaz gözəli hesab edilən bacısı Gövhər ağanı ona — 60 yaşlı Cəfərqulu xana, ərə verəcəcəyini bildirir, Cəfərqulu xan isə Gövhər ağanın gözəlliyinə görə bu təklifdən boyun qaçıra bilmir və qraf Qudoviçi Mehdiqulu xanı xan təyin etməyə razı salır.[1]

Əmisi Mehdiqulu xan Cavanşir taxta əyləşəndən sonra ona qarşı mübarizəyə başladı, lakin uduzub Sibirə sürgün olundu. Sürgündən dönəndən sonra artıq xanlıq yox idi. Qarabağ atlı alayının komandanı oldu. Cəfərqulu xan comərd, alicənab bir şəxsiyyət idi. Sözçüləri, sənətçiləri özünə dost tutardı. Süfrə açanda ətrafına alimlər, aydınlar əyləşərdi.

Cəfərqulu xan 1867-ci ildə vəfat edib. Ailə gorgahları İmarətdə dəfn edilib.

Ailəsi

Cəfərqulu xan Əcaibnisə xanım Tuni bəy qızı və Yetər xanım Hüseynqulu bəy qızı ilə dünya evinə girmişdi. Abdullapaşa ağa, Kərim ağa, Hidayət ağa adlı oğulları vardı.

Cəfərqulu xan şair kimi

Cəfərqulu xan şair idi. Nəva təxəllüsü ilə ruhoxşar şeirlər yazırdı.

Yaradıcılığı

İstinadlar

Mənbə

  • Ənvər Çingizoğlu. Məhəmmədhəsən ağanın soy kötüyü. "Soy" dərgisi, 2 (2) 2003
  • Ənvər Çingizoğlu, Cəfərqulu xan Sarıcalı-Cavanşir, Bakı: Mütərcim, 2011,-72 səh.

Həmçinin bax

  • Cəfərqulu xan Sarıcalı-Cavanşir (kitab)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.