Cəfərli (Cəlilabad)
Cəfərli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.
Cəfərli | |
---|---|
39°10′ şm. e. 48°26′ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 392 (2009) nəfər |
|
Tarixi
31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Cəfərli kəndi Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Zopun kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir.[1]
Toponimikası
- Cəfərli oyk, sadə.
- Ağsu rayonunun Kəndoba inzibati ərazi vahidində kənd. Şirvan düzündədir;
- Cəlilabad r-nunun Astanlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri muğanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır;
- İmişli r-nunun eyniadlı i.ə.v.-də kənd. Mil düzündədir. Yaşayış məntəqəsi sarıxanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır;
- Gədəbəy r-nunun Əliismayıllı inzibati ərazi vahidində kənd. Şahdağ silsiləsinin ətəyindədir. Keçmiş adı Mollacəfərlidir. Yaşayış məntəqəsinin XIX əsrin sonlarında Kiçik Qaramurad kəndindən köçüb gəlmiş Molla Cəfər adlı şəxs tərəfindən salındığı haqqında məlumat verilir;
- Qazax r-nunun eyniadlı inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi qazaxların qafarlı tayfasının bir qolu olan cəfərli elinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir.[2]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 392 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- "Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 31 may 2013-cü il tarixli Qanunu" (az.). president.az. 27 iyun 2013, 21:25. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-16.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.