Cəfərbəyli
Cəfərbəyli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Cəfərbəyli kəndi Hacıbədəlli kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Cəfərbəyli kənd inzibati-ərazi vahidi yaradılmışdır.[1]
Cəfərbəyli | |
---|---|
40°04′50″ şm. e. 47°24′20″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Oykonim Kəbirlilərin Cəfərbəyli tirəsinin adı ilə bağlıdır. Təzə yaranan vaxtı adı həm də Qiyanbanlı olmuşdur. Cəfərbəyli kəndi XIX əsrin II yarısında yəni 1885-ci ildə salınmışdır.
Əhalisi
Cəfərbəyli kəndinin ərazisi 10.3 km² olmaqla əhalisi 934 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır[2].
Şəhidi
- Əli Hüseyn oğlu Hüseynov (1961–1992)
İstinadlar
- "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
- "Ağcabədi rayonu". 2015-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-10.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.