Cəfər ibn Əbu Talib

Cəfər bin Əbu Talib (ər:جعفر بن أبي طالب; 589, Məkkə, Hicaz[1]629[1]) və ya Cəfər Təyyar(جعفر الطيار) atası Əbu Talib anası isə Fatimə bint Əsəd, Hz.Əlinin qardaşı, islam peyğəmbərinin səhabələrindən biriydi. 20-il besətdən öncə Məkkədə dünyaya gəlmiş İslamdan əvvəl şərafətli və pak yaşamışdır.[2] besətdən sonra aclıq düşmüşdü, Əbu Talib öz ailəsini çətinliklə keçindirirdi. Bu zaman ona yardım üçün Əlini İslam Peyğəmbəri, Cəfəri isə əmisi Abbas yanlarına götürüb onları saxlamışlar və yaşayışlarının bir dönəmini bunlarla keçirmişlər.[2] ömrünün gənc çağı cahiliyyət dönəmində keçmiş amma O, pak qalıb ailəvi şərafətlərin qoruyub, yalan, şərab içmək, bütpərəstlik və əxlaqsız işlərə qarışmayıbdır, bunun üçün də bir hədisə görə Allah ondan təqdir etmişdir.[3]

Cəfər ibn Əbu Talib
Doğum tarixi 589
Doğum yeri
Vəfat tarixi 629[1]
Həyat yoldaşı
Atası Əbu Talib
Anası Fatimə bint Əsəd
Fəaliyyəti hərbi lider[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İslama gəlməsi

Cəfər gənclik çağında İslama gəlmişdir və Hz.Əlidən sonra ikinci kişidir ki islamı qəbul etmişdir. Bir gün atası Əbu Taliblə yoldan keçərkən İslam peyğəmbəri, Əli və Xədicəni Məscidül-Həramda namaz qılarkən görürlər, atası Cəfərə: "Get, onlarla namaz qıl" əmrini verir və o da atasının sözünə əməl edərək, onlarla sıraya dayanıb, namaza başladı ki, bu, onun müsəlman olmasının başlanqıcı olur. Atası isə bu işindən sevinib ona görə şeirlər deyir.[4]

Ləyaqəti

Cəfər islamın öncülərindən idi və İslam peyğəmbəri onu çox sevərdi. Belə ki, Peyğəmbər onun haqqında çoxlu övgülər demişdir. O cümlədən, Peyğəmbər demişdir:Camaat dəyişik kök və soylara bağlıdırlar, amma mən ilə Cəfər bir soy və kökdənik.[5] Başqa yerdə buyurmuşdur: "Ey Cəfər, sən yaradılış və davranışda məndənsən".[6] Cəfər camaat sevən və başqalarına yardım edən birisi idi - belə ki, onun bu özəlliyi üçün Peyğəmbər ona Əbül Məsakin (ابوالمساکین) yoxsullar atası ləqəbini vermişdir.[7]

Həbəşistana köçməsi

Məkkədə Qureyşlilərin işgəncə və basqıları nəticəsində yeni müsəlmanların yaşayışları çətinləşir, buna görə besətin 7-ci ilində peyğəmbər seçdiyi müsəlmanlara Həbəşəyə köçmək (Hicrət) əmrini verir. Oranın əhalisi xristian idilər və kralları isə Nəcaşi adlı, camaatı ilə yaxşı davranan birisi idi. 83 nəfərlik bir qrup ki, içlərində qadınlar da vardı Həbəşəyə doğru, Peyğəmbərin təyin etdiyi Cəfərin başçılığıyla yola çıxdılar. Bir dönəm müsəlmanlar Həbəşədə rahat yaşam sürürdülər, amma Məkkəli müşriklər Muhacirləri(Köçərilər) güdmək və geri qaytarmaq üçün iki nəfəri: Əmr Ası və Əbdüllah bin Rəbiəni Həbəşəyə, Nəcaşinin yanına göndərdilər.

Həbəşistanda keçirdiyi günlər

Qureyşin göndərilmişləri hədiyyələrlə Həbəşəyə keçib, onları Nəcaşiyə verirkən Muhacirlərin Həbəşədən çıxarlması barədə xahişi ona çatdırırlar. Amma Nəcaşi hər işdən öncə qureyşlilərə dedi: "Mən onların da sözlərini dinləməli və buraya gəlməklərinin səbəbini özlərindən də soruşmalıyam!". Nəcaşi onları çağırdı, Cəfər muhacirlərin başçısı olaraq onunla danışmağa başladı. Danışdığının majiyyəti belədir: Ey böyük, camaat cahiliyyət dönəmində bütlərə tapınıb (sitayiş edib), leş yeyib pis işlərə bulanmışdılar. Allah bizə minnət qoyub, bir peyğəmbəri bizim öz içimizdən ki, onu ata-babasını tanıyırdıq - seçib bizə göndərdi. Bizi təkallahlıq, düz danışıq, yaxşı əmanət saxlamaq, qohumlarımızla yaxşı davranmaq, pis işlər və yalan danışmaqdan üzaq gəzməyə çağırdı. Onun doğru danışan və əmin olduğunu bildiyimiz üçün bircə Allaha, Qurana və gətirdiyi dinə inandıq. Bizim yurddaşlarımız ki, müşrik idilər - yaşamı bizə daraltdılar və bizə inandığımızdan dönmək üçün işgəncələr verdilər. Biz də bu işlər səbəbindən sizin vətəninizə gəldik və sizin bizə dəstək olmağınıza ümid bağladıq. Ümid edirik ki, burada bizə zülm olmayacaqdır… Bu sözlər Nəcaşinin ürəyinə yatdı. O, Cəfərə dediyi Qurandan ona oxumağını istədi. Cəfər isə Məryəm surəsini oxumağa başladı. Bitirdikdən sonra Nəcaşi müşriklərə dönüb dedi: "Mən bunları heç bir zaman sizə verməyəcəyəm və onlar mənim məmləkətimdə yaşayacaqlar". Cəfər və yoldaşları illər boyu orada yaşayıb öz inanclarını qorudular, sonra Hicaza dönmüşlər.[8] Peyğəmbər onun dönüşündən çox sevinmiş və demişdir:Bilmirəm Xeybərin fəthi üçün sevinim ya Cəfərin geri dönməsi üçün![9]

Cəfər Təyyar namazı

Cəfər Təyyar namazı Peyğmbərin ona Həbəşədən qayıdandan sonra öyrətdiyi namazdır.[10] Həbəşədən qayıtdıqdan sonra Peyğəmbər ona demişdir: "Sənə elə bir şey öyrədim ki, dünyada hər şeydən üstün olsun sənin üçün. Əgər döyüş meydanından qaçmış və günahın səhraların qumları qədər olsa da, Allah səni bağışlayar". Və Cəfər Təyyar namazı adı məşhur olan namazı ona öyrətmişdir.[11]

Şəhadət

Cəfər Təyyarın Mutə,İordaniyada məzarı

Cəfər Mutə döyüşünə ilk komandir olaraq qatılıb, sonunda isə 41 yaşında əvvəlcə iki qolu kəsilərək, şəhadətə yetişdi. Peyğəmbər Cəfərin şəhadətindən sonra onun evinə, zövcəsi Əsmanın yanına gedib, dedi: "Ey Əsma, istəyirsən ki sənə yaxşı bir xəbər verim?". Dedi: "Bəli". Peyğəmbər dedi: "Allah Cəfərə iki kəsilən qolları üçün ona cənnətdə uçmaq üçün iki qanad hədiyyə etmişdir". Ondan sonra Peyğəmbər məscidə gedib bu xəbəri müsəlmanlara paylaşdı və Cəfərin ünvanına təriflər etdi. Məsciddən sonra isə onun evinə gedib, ev əhalisi ilə bir süfrə başında oturmuşdur.[12]

Həmçinin bax

Xarici keçidlər

Qaynaq

İstinadlar

  1. Али-заде А. Джафар ибн Абу Талиб (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007. ISBN 978-5-98443-025-8
  2. Biharül Ənvar,c42,s115(بحارالانوار، ج 42، ص 115.)
  3. Biharül Ənvar,c22,s272(بحارالانوار، ج 22، ص 272.)
  4. Əyanül Şiə,c4,119(اعیان الشیعه، ج 4، ص 119.)
  5. Səfinətül Behar,c1,s158(سفینة البحار، ج 1، ص 158.)
  6. Biharül Ənvar,c22,s276(بحارالانوار، ج 22، ص 276.)
  7. Əyanül Şiə, c4,s120(اعیان الشیعه، ج 4، ص 120)
  8. Əyanül Şiə,c4,s123,Bir az Təlxis-ilə.(اعیان الشیعه، ج 4، ص 123.)
  9. Vəsailül Şiə,c8,s51(وسائل الشیعه، ج 8، ص51.)
  10. İsuli Kafi,c3,s466(کافی، ج3، ص466.)
  11. Mən la Yəhzərəl Fəqih,c1,s553(من لایحضره الفقیه، ج1، ص553.)
  12. Əyanül Şiə,c4,s124(اعیان الشیعه، ج 4، ص 124.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.