Cəfər bəy Cəfərbəyov

Cəfər bəy Cəfərbəyov — maarifçi, İrəvan Müəllimlər Seminariyasında müsəlman şöbəsinin müdiri.

Cəfər bəy Cəfərbəyov
Doğum yeri
Təhsili

Cəfər bəy Cəfərbəyov 1897-ci ildə İrəvan kişi gimnaziyası nəzdində hazırlıq məktəbini bitirmişdi. O, 1901-ci ildə İrəvan Müəllimlər Seminariyasını[1] bitirdikdən sonra Məhəmmədqulu bəy Kəngərlinskinin məktəbinə tərbiyəçi təyin edilmişdi. Daha sonralar Yengicədə və Aleksandropolda müəllim işləmişdi. Qafqaz popeçitelinin İrəvan quberniyası xalq məktəbləri direktoruna göndərdiyi 20 noyabr 1907-ci il tarixli məktubunda qeyd edilir ki, Cəfər bəy Cəfərbəyova üçüncü dərəcəli xüsusi təhsil müəssisəsi (türk dilindən başqa qalan fənlərin rus dilində tədris edilməsi şərtilə) açmağa icazə verilmişdir.[2] "Kavkazskiy kalendar" məcmuəsinin 1909-cu il nömrəsində. İrəvan Müəllimlər Seminariyasında Cəfər bəy Cəfərbəyovun müsəlman şöbəsinin müdiri təyin olunduğu göstərilir.[3]

Əziz Şərifin "Keçmiş günlərdən" adlı əsərində təsadüf edilmişdir. O yazır: "O zaman azərbaycanlı uşaqları gimnaziyaya hazırlaşdırmaq üçün İrəvanda iki pansionat var idi. Bunların birini müəllim Cəfər bəy Cəfərbəyov açmışdı. O birini də İba- dulla bəy Muğanlinski ilə Cabbar bəy Məmmədov. Atam ikinci pansionu daha müvafiq bilib məni ora aparmışdı. Həmin pansion İrəvanda Daşlı küçəsinin sonunda, İran konsulu Bədəlbəyovun yaşadığı evlə yanaşı, ikimərtəbəli evdə yerləşirdi. Evin geniş həyəti, enli boyaboy balkonu vardı. Bu ev, onun həyəti, bu həyəti konsulun həyətindən ayıran daş divar bu gün də sanki gözümün qabağındadır".[4][5]

Həmçinin bax

İstinadlar

  1. Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 153. ISBN 978-9952-5455-010.
  2. "Arxivlənmiş surət". 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-03.
  3. Əziz Şərifin "Keçmiş günlərdən" adlı əsəri
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.