Cəfər Xakipur
Cəfər Xakipur (Cəfər Xakipur Hüseyn oğlu; d. 23 avqust 1976, Qaraxanlı, Qaradağ, İran) — Cənubi Azərbaycan aşığı.[1]
Cəfər Xakipur | |
---|---|
Aşıq Cəfər Xakipur Hüseyn oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Cənubi Azərbaycan |
Həyatı
Aşıq Cəfər Xakipur Hüseyn oğlu 23 avqust 1976-cı ildə Qaradağın Qaraxanlı qışlağında dünyaya gəlib. Onun ustadı Çingiz Mehdipurdu. O, üç il ustaddan dərs alıb, sazın-sözün sirlərinə vaqif olub. Sonra aşıqlığın və oxumağın qaydalarını Aşıq İmran, Aşıq Əkbər və Aşıq Kamandara qulaq asmaqla öyrənmişdir. Aşıq Cəfər Xakipurun özünəməxsus ifa tərzi var.
Aşıq Cəfərin istər səsi, istərsə də çalğısı adamı maqnit kimi çəkir. Aşığın kövrək və yanıqlı səsi, vurduğu xallar adamın könlünü oxşayır.
Aşıq Cəfər Xakipur hazırda Təbriz şəhərində yaşayır. Toylarda və tədbirlərdə fəal iştirak edir. Aşıq 2016-cı ildən musiqi qrupu və solo ifası ilə də fəaliyyət göstərir. Müsabiqədə 1-ci yeri qazanıb.
Aşıq Cəfər bir neçə mahnı da bəstələyib. Saz və ifa qaydalarını tədris edir. Dəfələrlə diplom və təşəkkürnamələrlə təltif olunub.
İstinadlar
- Tacir Səmimi. "Qaradağ aşıqları", "Elimiz. Günümüz" qəzeti. 2012-ci il.