Cəfər Qiyasi

Cəfər Əli oğlu Qiyasi — memar, ssenarist, kino məsləhətçisi, filmlərdə iştirak edən, memarlıq üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü (2001), professor (2007), Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü (1999). [1][2]

Cəfər Qiyasi
Cəfər Əli oğlu Qiyasi
Doğum tarixi
Doğum yeri Ərdəbil, İran
Vətəndaşlığı İran İran
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Əli Qiyasi
Elm sahəsi Memarlıq
Elmi dərəcəsi memarlıq üzrə elmlər doktoru
Elmi adı professor
İş yeri Abidələrin Bərpası Elmi-tədqiqat Layihə İnstitutu ("Azərbərpa" ETLİ)
Təhsili Azərbaycan Politexnik İnstitutu

Həyatı

Cəfər Əli oğlu Qiyasi 24 mart 1942-ci ildə Ərdəbil şəhərinin Hüsnə kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Politexnik Universitetinin İnşaat fakültsənin Memarlıq şöbəsində təhsil almağa başlayan Cəfər Qiyasi 1966-cı ildə həmin universiteti bitirərək memar ixtisasına yiyələnmişdir.[1][2] Memar 1972-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun əyani aspiranturasında təhsilini davam etdirmişdir.

O, 1978-ci ildə “Təbriz memarlıq məktəbi” (XIII-XVII əsrlər) mövzusunda namizədlik, 1997-ci ildə “Memar Xacə Əlişah Təbrizi (dövrü və yaradıcılığı)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru dərəcəsini əldə etmişdir. Cəfər Qiyasi 2007-ci ildə professor elmi adını qazanmışdır.[1] Memar 1999-cu ildə Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü,[2] 2001-ci ildə isə memarlıq sahəsində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Cəfər Qiyasi 250-dən çox elmi məqalənin müəllifidir.

İş fəaliyyəti

Cəfər Qiyasi 1967-1971-ci illərdə Ümumittifaq Kurortları Layihələndirmə İnstitutunun Azərbaycan filialında çalışmış, memar, baş memar, qrup rəhbəri vəzifələrini icra etmişdir. O, həmçinin uzun müddət Azərbaycan Dövlət Televiziyasında “Yaxın-uzaq ellərdə” və “Memarlıq üfüqləri” adlı verilişlərin ssenari müəllifi və aparıcısı olmuşdur. Azərbaycan Memarlıq və İnşaat Universitetində 15 il dərs demiş Cəfər Qiyasi 1993-cü ildə Abidələrin Bərpası Elmi Tədqiqat Layihə İnstitutunun direktoru vəzifəsini icra etmişdir.[2] Memarın layihələri əsasında 15 bina və abidə inşa edilmişdir. Eyni zamanda Cəfər Qiyasinin elmi rəhbərliyi ilə hazırlanmış “Naxçıvan türbələri”, “Qobustan qoruğu”, “Suraxanı atəşgahı” obyektləri Dünya İrsi Siyahısına salınması üçün YUNESKO-ya təqdim edilmişdir.[1]

Əsərləri

  1. “Abşeron boyları”
  2. “Iğdır soykırım anıtı”. Ankara, 1998
  3. “Azərbaycan. Qalalar, qəsrlər”. Moskva”, 1994.
  4. “Qarabağ irsimizin əbədi yaddaşı”. Bakı, 2008,
  5. Nizami dövrü memarlıq abidələri”. Bakı, 1991.
  6. “Azərbaycanın IX–XV əsrlər memarlığı”. Səmərqənd-Daşkənd, 2013.
  7. “Erməni kültür terroru” (türk və ingilis dillərində). Ankara, 1996.
  8. “Yaxın-uzaq ellərdə” (Orta əsr Azərbaycan memarlarının beynəlxalq əlaqələri haqqında). Bakı, 1985.[1][2]

Filmoqrafiya

  1. "Avtoqraf" (film, 1986)
  2. Abşeron lövhələri (film, 2004)(qısametrajlı sənədli film)(Aztv)-filmdə iştirak edən
  3. Daş yaddaş (film, 1986)
  4. Daşdan tikilmiş şəhər (film, 2008)
  5. Girdiman (film, 2003)
  6. Şirvanda izim qaldı (film, 1994)
  7. Xudafərin-dərdi dərin (film, 1990)
  8. Zireh qalalar (film, 1983)

Mükafatları

  • 2009-cu il Türkiyə Cümhuriyyətinin “Şərəf” medalı;
  • 2005-ci il Dünya Azərbaycanlıları Konqresi tərəfindən “Bütöv Azərbaycan məfkurəsinə xidmət ödülü”;[1]

İstinadlar

  1. "Qiyasi Cəfər Əli oğlu" (Azərbaycan). science.gov.az. 16-5-2015 tarixində arxivləşdirilib.
  2. "Cəfər Əli oğlu Qiyasi" (az.). science.gov.az. 2014-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.