Cəfər Hümbətov
Cəfər İslam oğlu Hümbətov (2 fevral 1959, Naxçıvan) — Naxçıvan Muxtar Respublikasının sabiq gənclər və idman naziri, Naxçıvan Muxtar Respublikası Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin sabiq sədri, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi.
Cəfər Hümbətov | |
---|---|
1995 – 2000 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Sucaxan Novruzov |
fevral 1993 – 1995 | |
Sonrakı | Vəzifə ləğv edildi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 fevral 1959 (65 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Cəfər Hümbətov 2 fevral 1959-cu il tarixində Naxçıvan şəhərində anadan olub. 1966–1976-cı ildə Naxçıvan şəhər 2 saylı orta məktəbdə ümumi orta təhsil alıb. 1976-cı ildə Naxçıvan şəhər İdman Komitəsində məşqçi-müəllim vəzifəsinə işə qəbul olunub. 1977–1979-cu illlərdə hərbi xidmət keçib. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun qiyabi fakültəsinə daxil olub. 1984-cü ildə həmin institutun tam kursunu bitirib.
1979-cu ildə Naxçıvan MSSR Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin Uşaq-Gənclər İdman məktəbinə məşqçi-müəllim vəzifəsinə işə qəbul olunub. 1980-ci ildən 1982-ci ilədək həmin məktəbdə metodist vəzifəsində çalışıb. 1982-ci ildən 1993-cü ilədək həmin məktəbin direktoru vəzifəsində işləyib.
Birinci kateqoriyalı məşqçi-müəllimdir. 1989-cu ildən sərbəst güləş üzrə Milli dərəcəli hakimdir.
İctimai-siyasi fəaliyyəti
Cəfər Hümbətov 1993-cü ildə Naxçıvan MR Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri vəzifəsinə təyin olunub. 1995-ci ildə komitə ləğv olunaraq Naxçıvan MR Gənclər və İdman Nazirliyi yaradılıb. Cəfər Hümbətov isə nazir vəzifəsinə təyin olunmuşdur. 2000-ci ilədək Naxçıvan MR Gənclər və idman naziri vəzifəsini daşımışdır.
2000-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Təhsil Nazirliyi "Təhsil" Respublika İdman Mərkəzinin direktoru vəzifəsində işləyir.
Təltifləri
- Cəfər Hümbətov 1990-cı ildə Azərbaycan Respublikasının "İdman əlaçısı" adına layiq görülüb.
- Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2006-cı il tarixli sərəncamı ilə Cəfər Hümbətova "Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" fəxri adı verilib.
- Sərbəst güləş üzrə idman ustalığına namizəddir.