Azərbaycanfilm
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası — Azərbaycan dövlət kinostudiyası. Kinostudiya 1920-ci ildə "Azərbaycan XMK-nın İncəsənət Şöbəsi" adı altında təsis olunub. Qurum indiki dövrdə Azərbaycan Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərir. Kinostudiyanın hazırkı direktoru Nazim Hüseynovdur.
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | kinostudiya |
Sənaye | kinematoqrafiya |
Məhsulu | film |
Təsis tarixi | 28 aprel 1923) |
Əvvəlki adı |
|
Baş qərargahın yeri | Bakı |
Rəhbərlik | |
Rəhbərlik | Nazim Hüseynov |
azerbaijanfilm.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
İlk struktur nümunəsi kimi XlX əsrin sonlarında fotoqraf və kinooperator Aleksandr Mişon Bakıda elmi foto dərnəyin katibi və nəşriyyat sahibi olduğu fotoatelyeni nəzərə almalıyıq.
1920-ci ildə Nəriman Nərimanov kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret imzalayır və xalq mədəniyyət komissarlığının tərkibində foto-kino şöbəsi (Azərbaycan XMK-nın İncəsənət Şöbəsi) yaradılır. 1923-cü ildə isə bu qurumu I Dövlət kinofabriki ("Azərbaycan Foto-Kino İdarəsi" (AFKİ) əvəzləyir.
Azərbaycan kino strukturu sonrakı illərdə müxtəlif cür adlandırılıb. Məsələn, 1926–1930-cu illərdə "Azdövlətkino" (Azərbaycan Foto–Kino Sənaye və Ticarət Birliyi), 1930–1931-ci illərdə "Azərkino", 1934–1935-ci illərdə "Azdövlətkinosənaye" (Oktyabrın X illiyi adına kinofabrik), 1932–1941-ci illərdə "Azərfilm" (Azərbaycan Foto-Kino Sənayesi İdarəsi), 1939–1959-cu illərdə "Bakı kinostudiyası" (SSRİ Xalq Komissarları Sovetinin 1938-ci il 2 mart qərarı ilə bədii filmlərin Bakı Kinostudiyasının Nizamnaməsi təsdiq olundu. SSRİ Xalq Komissarları yanında Kinematoqrafiya İşləri üzrə komitənin 1938-ci il 30 iyun tarixli əmri ilə kinostudiya 1938-ci ildən bədii filmlərin Bakı Kinostudiyası adlandırıldı və 1944-cü ilə kimi Komitənin tabeliyində oldu.
Sonra Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Kinematoqrafiya İşləri üzrə idarənin ixtiyarına keçdi. ASSR Kinematoqrafiya Nazirliyinin 25.05.1948 tarixli əmrinə əsasən kinostudiya ASSR Kinematoqrafiya Nazirlİyi yanında Bədii və Xronikal Filmlərin Bakı kinostudiyası kimi yenidən təşkil olundu. 1953-cü ilin mayın 25-dən kinostudiya ASSR Mədəniyyət Nazirliyini sərəncamına verildi.
1958-ci ildən kinostudiya "Azərbaycanfilm" kinostudiyası (Mədəniyyət Nazirliyinin 22.08.1958 tarixli əmrinə əsasən) adlanır.
Azərbaycan SSR Nazirlər Sovetinin 20.04.1959 tarixli qərarı ilə kinostudiyaya Cəfər Cabbarlının adı verildi. 1960-cı il aprelin 20-dən kinostudiya dramaturqun adını daşıyır. Kinostudiyanın yeni binasının əsası 1951-ci ildə qoyulub və 15 ildən sonra hazır olub. 1966-cı ildə bu binada artıq kino istehsalına başlanılıb.
ASSR Nazirlər Sovetinin 10.07.1963 tarixli qərarına əsasən kinostudiya ASSR Nazirlər Soveti yanında Dövlət Kinematoqrafiya Komitəsinin ixtiyarına verildi. Sonradan ASSR Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin 23.12.1965 tarixli əmrinə əsasən ASSR Nazirlər Soveti yanında Dövlət Kinematoqrafiya Komitəsi yenidən təşkil olundu.
ASSR Nazirlər Soveti Rəyasət Heyətinin 23.09.88 tarixli fərmanı ilə ASSR Dövlət Kinematoqrafiya Komitəsi ləğv olunaraq, Azərbaycan Mədəniyyət Nazirliyinin sərəncamına verildi. ASSR Nazirlər Sovetinin 19.09.88 tarixli qərarı ilə bütün kino təşkilatları, o cümlədən kinostudiya nazirliyin tərkibinə qatıldı. 1989-cu ilin əvvəllərində Mədəniyyət Nazirliyinin tərkibində "Azərkinovideo" İB yaradıldı. ASSR Nazirlər Sovetinin 20.05.1989 tarixli əmrinə və Azərbaycan Mədəniyyət Nazirliyinin 31.05.1989 tarixli qərarına əsasən kinostudya Azərkinovideo İB-nin tərkibinə daxil edildi.
1991-ci ildə Azərkinovideo İB Mədəniyyət Nazirliyinin tərkibindən çıxarıldı və müstəqil fəaliyyət göstərdi. 2001-ci ilin aprelində prezidentin sərəncamı ilə Azərkinovideo İB ləğv olundu və bunun əvəzinə Mədəniyyət Nazirliyində Kino İşləri Baş İdarəsi təşkil olundu.
01.09.2003-dən etibarən baş idarənin adı dəyişdirilərək Kino işləri şöbəsi adlandırıldı.[1]
Hal-hazırda
Hazırda Azərbaycanda kino qurumu Azərbaycan Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərir. Kinostudiyanın hazırkı direktoru Nazim Hüseynovdur.
"Azərbaycanfilm"də bədii filmlərin ssenarisini təsdiq edən Bədii Şura (BŞ) fəaliyyət göstərir. Heyət hər il yenidən seçilərək təsdiqlənir. Təqdim olunan ssenari BŞ heyəti tərəfindən qəbul olunduqdan sonra Mədəniyyət Nazirliyinə təqdim olunur. Son sözü Mədəniyyət Nazirliyi deyir.[2]
Digər adları
Kinostudiyanın adı müxtəlif illərdə bir neçə dəfə dəyişdirilmişdir.[3]
- Azərbaycan XMK-nın İncəsənət Şöbəsi (1920–1923)
- Azərbaycan Foto-Kino İdarəsi (1923–1925)
- Azərdövlətkino (1925)
- Azdövlətkino (1926–1930)
- Azərkino (1930–1931)
- Azərfilm (1932–1941)
- Azdövlətkinosənaye (1934–1935)
- Azərbaycan kinostudiyası (1936)
- Bakı kinostudiyası (1939–1959)[4][5]
- "Azərbaycanfilm" kinostudiyası (1959-cu ildən)[6]
Filmoqrafiya
Azərbaycan XMK-nın İncəsənət Şöbəsi (1920–1923)
- XI qırmızı ordu hissələrinin Bakıda paradı (film, 1920) (qısametrajlı sənədli film)
- XI qırmızı ordu hissələrinin Bakıya gəlişi (film, 1920) (qısametrajlı sənədli film)
- XI qırmızı ordu komandirləri dağlıların qonağıdır (film, 1920) (qısametrajlı sənədli film)
- 26 Bakı komissarı cənazələrinin dəfni (film, 1920) (qısametrajlı sənədli film)
- Bakıda şərq xalqlarının I qurultayı (film, 1920)
- Pyotr Meydanında iməcilik (film, 1920)
- Azərbaycanın şuralaşmasının birinci ildönümü (film, 1921)
Azərbaycan Foto-Kino İdarəsi (1923–1925)
- IX beynəlxalq gənclər gününün bayram edilməsi (film, 1923) (qısametrajlı sənədli film)
- Atəşpərəstlər məbədi (film, 1925)
- Azərbaycan Mədən Fəhlələri Həmkarlar İttifaqının IX qurultayı (film, 1925)
- Azərbaycan Sovet Şura Cümhuriyyətinin üçüncü ildönümü (film, 1923)
- Azərbaycana səyahət (film, 1924)
- Azərbaycanda çəyirtkə ilə mübarizə (film, 1923)
- Azərbaycanda ipəkçilik sənayesi (film, 1923)
- Azərbaycanda suvarmanın və pambıqçılığın bərpa edilməsi (film, 1923)
- Bakı SSRİ-nin incisidir (film, 1925)
- Bakıda tramvay yolunun salınması və yolun açılışı (film, 1924)
- Bayquş (film, 1924)
- Bibiheybətdə qaz fontanı yanğını (film, 1925)
- Culfa-Bakı yolu (film, 1924)
- Dağıstanda "Oktyabr İnqilabı" kanalı (film, 1923)
- Dördüncü Bakı yarmarkası (film, 1925)
- Əvəz-əvəzə (film, 1925)
- Fəhlə məişəti (film, 1924)
- Frunzenin iştirakilə Qızıl Ordunun manevri (film, 1925)
- Funtikovun mühakiməsi (film, 1925)
- Hərbi dənizçilərin həyatı (film, 1923)
- Xalq Torpaq Komissarlığı (film, 1924)
- Xəzər gəmiçiliyi (film, 1924)
- İngiltərə Parlamenti nümayəndə heyəti Bakıda (film, 1925)
- Qız qalası əfsanəsi (film, 1923) (tammetrajlı bədii film)
- M. İ. Kalininin Bakıya səfəri (film, 1923)
- Mədənçi-neftçi istirahətdə və müalicədə (film, 1924)
- Nəriman Nərimanovun dəfni (film, 1925)
- Rəhbərlərin Bakıya səfəri (film, 1925)
- Sergey Yeseninin Bakıya səfəri (film, 1925)
- Suraxanı neft mədənlərində yanğın (film, 1923)
- Suraxanıda qaz fontanı (film, 1925)
- Şaxsey-vaxsey (film, 1925)
- Trotskinin Bakıya səfəri (film, 1924)
Azərdövlətkino (1925)
Azdövlətkino (1926–1930)
- 1-ci Türkoloji Qurultay (film, 1926)
- Azərbaycan Sovetlərinin V qurultayı (film, 1927)
- Azərbaycanda kənd təsərrüfatı (film, 1926)
- Azərbaycanda kinopavilyonun açılışı (film, 1928)
- B. S. Troyanovskinin qastrolları (film, 1927)
- Bakı Soveti (film, 1928)
- Balıqçılar (film, 1927)
- Balıqçılıq sənayesi (film, 1928)
- Bizim əsas yolumuz (film, 1928)
- Əleyhqazla müdafiə (film, 1928)
- Hacı Qara (film, 1929)
- Həyat uğrunda mübarizə (film, 1926)
- Xiffət (film, 1929)
- İpəkçilik (film, 1928)
- Kommunist əməyi qalib gəlir (film, 1929)
- Küləklər şəhəri (film, 1928)
- Qırmızı Ordunun onilliyi (film, 1928)
- Qızıl kol (film, 1930)
- Maksim Qorki Bakıda (film, 1928)
- Müxtəlif sahillərdə (film, 1926)
- Mürsəlli daşqını (film, 1929)
- Neft fontanı (film, 1929)
- Oktyabrın on illiyi (film, 1927)
- Pambıqçılıq (film, 1928)
- Üç dəniz ölkəsinin spartakiadası (film, 1928)
- Üzümçülük və şərabçılıq (film, 1928)
- Vulkan üzərində ev (film, 1929)
- Yaz səpini (film, 1929)
Azərkino (1930–1931)
- XI çağırış Bakı sovetinin I plenumu (film, 1931) (qısametrajlı sənədli film)
- Azərbaycan (film, 1931)
- "Azneft"in onilliyi (film, 1930)
- Bizim əkinimiz (film, 1931)
- Dənizdə neft yanğını (film, 1931)
- Gözlərinizi qoruyun (film, 1931)
- Həmkarlar İttifaqının 10 illiyi (film, 1930)
- Xalq komissarı Qəzənfər Musabəyovun nitqi (film, 1931)
- İkinci bolşevik baharı (film, 1931)
- İliç Buxtasında qaz fontanı yanğını və Qara Şəhərdə neft çənlərində yanğın (film, 1930)
- İlk komsomol buruğu (film, 1930)
- Qaz (film, 1931)
- Qurban Bayramı (film, 1931)
- Lətif (film, 1930)
- Milisin onilliyi (film, 1930)
- Neft beşilliyinin bolşevikləri (film, 1931)
- Nikita İvanoviç və sosializm (film, 1931)
- Pambıq koluna qulluq edilməsi (film, 1931)
- Raport veririk (film, 1930)
- S. Orconikidze adına Azərbaycan Diviziyasının onilliyi (film, 1930)
- Şərqə doğru (film, 1930)
- Taxıldöymə (film, 1931)
- Tütünçülük (film, 1930)
- Uşaq baxımsızlığı ilə mübarizə (film, 1931)
- Üzgüçülük (film, 1931)
- Velosiped yürüşü (film, 1931)
Azdövlətkinosənaye (1934–1935)
- Azərbaycan incəsənəti (film, 1934)
- I Azərbaycan spartakiadası (film, 1934) (qısametrajlı sənədli film)
- Bakıda Oktyabrın 17-ci ildönümü (film, 1934)
- Bismillah (film, 1925)
- Dostlar (film, 1934)
- Gilan qızı (film, 1928)
- İki yoldaş (film, 1934)
- İnqilab tribunu (film, 1934)
- İsmət (film, 1934)
- Quş qoruğu (film, 1934)
- Malyariya (film, 1934)
- Proletar Bakısının sovetlərini möhkəmləndirək (film, 1934)
- Sevil (film, 1929)
Azərbaycan kinostudiyası (1936)
"Azərbaycanfilm" kinostudiyası (1959-cu ildən)
Aktrisa
Studiyaları
Direktorları
Müxtəlif illərdə "Azərbaycanfilm"ə rəhbərlik etmiş şəxslər[7]
- Hənifə Terequlov — (dir. 1923)
- Şamil Mahmudbəyov — (1924–1928)
- Şəmsəddin Abbasov — (1939–1941)
- Rəsul Rza — (1942–1944)
- Mehdi Hüseyn — (1944)
- Sabit Rəhman — (1945–1946)
- Zəki Səfərov — (1953–1959)
- Məhərrəm Haşımov — (1960–1965)
- Adil İsgəndərov — (1966–1974)
- Cəmil Əlibəyov — (1974–1984)
- Eyvaz Borçalı — (1984–1986)
- Ramiz Fətəliyev — (1986–1995)
- Ziyafət Abbasov — (dir. əv. 1994–1995; dir. 1995–2001)
- Xamis Muradov — (2 yanvar 2002–2011)
- Müşfiq Hətəmov — (2011–2019)
- Cəmil Quliyev — (2019–2020)
- Nazim Hüseynov — (2020)[8]
- Fariz Əhmədov — (2020–2022)[9]
- Nazim Hüseynov — (2022-ci ildən)[10]
İstinadlar
- A. Kazımzadə. Bizim Azərbaycanfilm. Bakı: 2004, səh. 136–138.
- İntiqam. Bədii Şuranın tərkibində dəyişiklik baş verdi. Kino+ qəzeti, 23.06.04, səh 6.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 136–137.
- SSRİ Xalq Komissarları Soveti yanında Kinematoqrafiya İşləri üzrə Komitənin 1938-ci il 30 iyun tarixli əmri
- Azərbaycan SSR Kinematoqrafiya Nazirliyinin 1948-ci il 25 may tarixli 229 nömrəli əmri
- Azərbaycan SSR Mədəniyyət Nazirinin 1958-ci il 22 avqust tarixli 268 nömrəli əmri
- "Kinostudiyanın direktorları". 2014-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-31.
- Aqreqator.az. ""Azərbaycanfilm"də direktor dəyişdi" (az.). Aqreqator.az. 06.03.2020. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-15.
- Kulis. "Kinostudiyaya yeni direktor təyin edildi" (az.). Kulis. 06.10.2020. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-01.
- APA. ""Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin olunub" (az.). Kulis. 04.03.2022. 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-17.
Mənbə
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12–13.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812–819.