Cəbi Quliyev
Cəbi Hüseyn oğlu Quliyev (29 avqust 1990, Ağbulaq, Naxçıvan Muxtar Respublikası) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Milli Məclisinin VI çağırış deputatı.
Cəbi Quliyev | |
---|---|
Azərbaycan Milli Məclisinin VI çağırış deputatı | |
Vəzifədədir | |
10 mart 2020-ci ildən | |
Seçki dairəsi | 2020 — 7 saylı Ordubad-Culfa |
Əvvəlki | Qüdrət Həsənquliyev |
Şəxsi məlumatlar | |
Doğum adı | Cəbi Hüseyn oğlu Quliyev |
Doğum tarixi | 29 avqust 1990 (33 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Partiya | Yeni Azərbaycan Partiyası |
Təhsili | Naxçıvan Dövlət Universiteti (B • M) |
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Xidmət illəri | 2012–2013 |
Mənsubiyyəti | Azərbaycan Silahlı Qüvvələri |
|
|
Təltifləri |
Həyatı
Cəbi Quliyev 29 avqust 1990-cı ildə Şahbuz rayonunun Gecəzur (hazırda Ağbulaq) qəsəbəsində anadan olub.[1] 2012-ci ildə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər bölməsindən məzun olub.[1] 2012-2013-cü illərdə hərbi xidmətdə olub.[1] Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi ixtisası üzrə magistr dərəcəsi alıb.[1] Hazırda Naxçıvan Dövlət Universitetinun dissertantıdır.[1] İngilis və rus dillərini bilir.[1] Evlidir, 1 övladı var.[1]
Fəaliyyəti
Cəbi Quliyev 2013-cü ildən "Naxçıvan" Universitetində baş laborant, 2017-ci ildən isə Naxçıvan Dövlət Universitetində müəllim işləmişdir.[1] 2017-ci ilin fevral-mart aylarında Çanqırı Universitetində pedaqoji təcrübədə olmuşdur.
Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.[1] 2014-cü ildən YAP Naxçıvan şəhər şöbəsində aparıcı təlimatçı və baş təlimatçı vəzifələrində çalışmış, həmin ildən YAP Naxçıvan şəhər şöbəsi Gənclər Birliyinin sədri olmuş, 2019-cu ilin noyabrında isə YAP Naxçıvan MR şöbəsinin İdarə Heyətinin və Siyasi Şurasının üzvüdür.[1]
6 sentyabr 2018–21 fevral 2024-cü illərdə Naxçıvan MR Gənclər Fondunun icraçı diretoru olub.[1]
2020-ci il fevralın 9-da baş tutan parlament seçimlərində Cəbi Quliyev 7 saylı Ordubad-Culfa dairəsindən Yeni Azərbaycan Partiyasının vahid namizədi olaraq göstərilmişdir. Nəticələrə əsasən Cəbi Quliyev 63.50% səslə Milli Məclisin deputatı seçilmişdir.[2] Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin, Gənclər və idman Komitəsinin üzvüdür.[3] Həmçinin Azərbaycan–Bosniya və Herseqovina, Azərbaycan–İran, Azərbaycan–Cənubi Koreya, Azərbaycan–Malayziya və Azərbaycan–Türkmənistan parlamentləri ilə əlaqələr üzrə qruplarının da üzvüdür.[3]
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.
İstinadlar
- Milli Məclisin rəsmi internet səhifəsi. "AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİ ALTINCI ÇAĞIRIŞ" (PDF). www.meclis.gov.az ( (az.)). 01.04.2024. 2024-06-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 01.04.2024.
- MSK. "2020-Cİ İL PARLAMENT SEÇKİLƏRİ / DAİRƏLƏR ÜZRƏ SEÇİLMİŞ NAMİZƏDLƏR". www.infocenter.gov.az ( (az.)). 10.02.2020. 20.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
- Milli Məclisin rəsmi internet səhifəsi. "QULİYEV Cəbi Hüseyn oğlu". www.meclis.gov.az ( (az.)). 01.04.2024. 2022-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.04.2024.