Cəbəl Əxdar (Liviya)
Cəbəl Əxdar (ərəb. الجبل الأخضر – Yaşıl dağ) — Liviyanın şərqində meşəlik, məhsuldar dağlıq region. Müasir əl-Cəbəl əl-Əxdar rayonunda yerləşir. Region Yer kürəsinin ən az meşəli ölkələrindən biri olan Liviyanın çox az meşəlik ərazilərindən biridir.
Cəbəl Əxdar | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 600 m |
Yerləşməsi | |
32°35′52″ şm. e. 21°28′22″ ş. u. | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Cəbəl Əxdar bir neçə dərə ilə həmsərhəd olan dağ yaylasından ibarətdir. Benqazinin şimalında və Dernanın cənubunda yerləşir. Bu, Liviyanın ən rütubətli ərazisidir və buraya ildə təxminən 600 mm yağıntı düşür. Ərazidə geniş meşələr var, burada zəngin kartof və dənli bitkilər yığılır.
Qədim yunan müstəmləkəsi olan Kirena Cəbəl Əxdar vadisində yerləşir.
İstinadlar
- GEOnet Names Server. 2018.
Xarici keçidlər
- Vikianbarda Cəbəl Əxdar (Liviya) ilə əlaqəli mediafayllar var.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.