Cəbəl-Barkal
Cəbəl-Barkal ( ərəb. جبل بركل) — Xartumdan təxminən 400 km şimalda, Sudanın Şimal əyalətindəki Kərimə şəhərində, Nil çayının böyük əyilməsində, Nubiya adlanan bölgədə yerləşən olduqca kiçik bir dağ. Dağın 98 m hündürlüyü, düz bir zirvəsi var və yəqin ki, ticarətçilər tərəfindən Mərkəzi Afrika, Ərəbistan və Misir arasındakı vacib marşrutda böyük çayı keçməyin asan olduğu nöqtə olaraq istifadə edilmişdir. 2003-cü ildə dağ, tarixi Napata şəhəri ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmidşir. Ərazidə Cəbəl-Barkal muzeyi yerləşir. Cəbəl-Barkal piramidaları Nubiya piramidaları nümunələridən biridir.
Cəbəl-Barkal | |
---|---|
جبل البركل | |
18°32′12″ şm. e. 31°49′39″ ş. u. | |
Yer | Sudan |
Region | Nubiya |
Tip | ziyarətgah |
Yer qeydləri | |
Sayt | |
Rəsmi adı | Gebel Barkal and the Sites of the Napatan Region |
Tipi | Mədəni |
Kriteriya | (i), (ii), (iii), (iv), (vi) |
Tarixi | 2003 (27-ci sessiya) |
İstinad nöm. | 1073 |
Ölkə | Sudan |
Region | Ərəb ölkələri |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məbədlər
Cəbəl-Barkal ətrafındakı dağıntılara ilk dəfə 1820-ci illərdə Avropa tədqiqatçıları tərəfindən izah edilən ən az 13 məbəd və 3 saray daxildir. 1862-ci ildə Üçüncü Aralıq dövrünə aid beş kitabə Misirli bir zabit tərəfindən bərpa edilərək Qahirə Muzeyinə aparıldı. 1916-cı ildə ərazidə Harvard Universiteti və Boston İncəsənət Muzeyinin ortaq ekspedisiyası tərəfindən Corc Reysnerin rəhbərlik etdiyi elmi arxeoloji qazıntılar aparıldı.[1] 1970-ci illərdən sonra Serqio Donadoninin rəhbərliyi altında Roma Sapienza Universitetinin komandası, 1980-ci illərdə isə Timoti Kendallın rəhbərliyi altında Boston Muzeyindən başqa bir komanda araşdırmaları davam etdirdi.
Amon Məbədi kimi böyük məbədlər bu gün də yerli əhali üçün müqəddəs sayılır. Mut Məbədinin oyma divar boyalı otaqları yaxşı qorunub saxlanılmışdır. Kuş Krallığının hökmdarı Atlanersa tərəfindən inşa edilən və Senkamanisken tərəfindən bəzədilmiş B700 məbədi indi böyük ölçüdə dağılmışdır.
Piramidalar
Cəbər-Barkal Kuş Krallığı dövründə kral qəbiristanlığı olaraq xidmət etmişdir.[2] Buradakı ən erkən dəfnlər eramızdan əvvəl III əsrə aiddir.
Qalereya
- Dağıntıların planı
- 1821-ci ildə Cəbəl-Barkaldakı piramidalar
- Cəbəl-Barkal piramidaları bu gün
- Cənub qrupundakı piramidalar
- Cəbəl-Barkalın ətəyindəki Napata şəhərində yerləşən Amon məbədinin qalan son sütunları
- Daş heykəl
- Kuş hökmdarı Taharqa və Amon, B300 məbədi
- Aslan başlı Appademak və Firon Taharqa (sağda), Cəbəl-Barkal, Mut məbədi
- Mut məbədində kraliça Takahatenamun titrəyən sistrını (musiqi aləti) izləuən firon Taharqa
- Cəbəl-Barkaldakı Amon məbədinin dağıntılar.
- Amun mbədindən kral Aspelt'nın böyük heykəli. Boston İncəsənət Muzeyi.[3]
- Cəbəl- Barkaldan tapılmış kitabə. Qahirə Muzeyi
- Tantamani stelası. Qahirə Muzeyi
Mənbə
- Kendall, Timothy. A Visitor's Guide to The Jebel Barkal Temples (PDF).
İstinadlar
- A. Reysner. "Historical Inscriptions from Gebel Barkal". 4. Sudan Notes and Records. 1921. 59–75. 2014-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-26.
- László Török, The kingdom of Kush: handbook of the Napatan-Meroitic Civilization
- "Statue of King Aspelta". collections.mfa.org (ingilis). 2021-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-26.