Cırtdan siçan

Cırtdan siçan (lat. Micromys minutus) — gəmiricilər dəstəsindən məməli heyvan növü.

Cırtdan siçan
Cırtdan siçan
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Cırtdan siçan
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  585369
NCBI  13151
EOL  1179217
FW  55014

Cırtdan siçan az öyrənilmişdir. Arealın kənarlarnda olan nadir növdür. Sayı barədə dəqiq məlumat yoxdur.


Qısa təsviri

Gəmiricilər arasında ən kiçiyidir. Bədəninin uzunluğu 5.5 - 7 sm, quyruğunun uzunluğu 6.5 sm-ə qədərdir, çəkisi 7 - 10qramdır. Quyruğu hərəkətlidir və tutucudur, onun vasitəsilə ot bitkilərinin nazik saplaqlarına sarınmaq qabiliyyətinə malikdir. Arxa pəncələri tutucudur. Rəngi birrəngli qonur və ya kürəndir. Qulaqları böyük deyil.[3]

Yayılması

Geniş yayılmış növdür. Arealı AvropaAsiyanın tropik olmayan hissəsini, Britaniyadan Yapon adalarına qədər olan adaları əhatə edir. Qərbdən Böyük Qafqaz massivi, Şərqdən Xəzərsahili boyunca ŞabranXaçmaz rayonlarının dolanaraq, Zaqafqaziya ərazisindən keçir. Azərbaycanın Şimal-Şərq hissəsində məskən salaraq, Respublikada Xəzər sahili boyunca, Şabrandan Xaçmaza qədər rast gəlmək olar.

Yaşayış yeri və həyat tərzi

Çöl və çöl-meşə zonalarında rast gəlmək olar. Onlar açıq yerlərdə bitkilərin hündür və sıx olan hissələrində, daha çox isə su mənbəyi yaxınlığında məskən salırlar. Yaşayış yerləri kimi becərilmiş torpaqlar- tarlalar, biçənəklər, bostanlar, sahələrarası və dincə qoyulmuş torpaqlar səciyyəvidir. Yay mövsümünün sonunda onlar kənd təsərrüfatı bitkilərinin yetişdirildiyi sahələrdə toplaşırlar. Yerüstü və ya kürəvi asılmış yuvalar qururlar. Dənli, paxlalı bitkilər, enliyarpaqlı ağac növlərinin toxumları və həşəratlarla qidalanırlar. Yay mövsümü ərzində 2 - 4 dəfə, hərəsində 5 - 8 bala verir. Təbii şəraitdə həyat davamiyyəti 1.5 - 2, qeyri-təbii şəraitdə isə 5 il olur. Dənli bitkilərin zərərvericisidir. Tulyaremiya, leptospiroz, yapon ensefaliti və digər təhlükə törədən xəstəliklərin təbii daşıyıcısıdır.

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 2001.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. Məməlilər (AMEA-nın Zoologiya İnstitutu Arxivləşdirilib 2015-05-07 at the Wayback Machine)

Ədəbiyyat

  • Azərbaycan faunası.Məməlilər (Mammalia). Bakı: Elm, 1978, с.111. 2.
  • Громов И.М., Ербаева М.А. Млекопитающие фауны России и сопредельных территорий. Зайцеобразные и грызуны. Ред. А.А. Аристов, Г.И. Баранова. СПб: ЗИН РАН. 1995. c. 522.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.