Cırtdan dövlətlər
Cırtdan dövlətlər- Ərazisi min kvadrat kilometrdən kiçik olan dövlətlərə Cırtdan dövlətlər deyilir. Belə dövlətlərə həm materik daxilində, həm də adalarda rast gəlinir.
Cırtdan dövlətlər haqqında
Cırtdan dövlətlərin əsas hissəsi çox qədimdən Avropa qitəsində yerləşdiyi halda, bir çoxu da sonralar dünyanın müxtəlif qitələrində, İkinci Dünya Müharibəsindən sonra istiqlaliyyət qazanmış keşmiş müstəmləkələrdir. Cırtdan olmalarına baxmayaraq, bu ölkələrin bəzilərinin dünyanın siyasi və iqtisadi həyatında böyük rolu vardır. Malta, Sinqapur, Qrenada, Maldiv kimi Cırtdan dövlətlərin yerləşdiyi ərazilər hərbi-strateji cəhətdən cox əlverişli hesab olunur. Vatikan kimi cırtdan dövlət dünyanın bir çox rayonlarında öz kapitalına malikdir və bir çox ölkəlrinə siyasətinə təsir göstərir.[1]
Cırtdan dövlətlərin 6-sı Avropada, 2-si Afrikada, 3-ü Asiyada, 7-si Amerikada, 4-ü Avstraliyada və Okeaniyada yerləşir. Bunlardan ərazicə ən böyüyü San-Tome və Prinsipi, ən kiçiyi isə Vatikandır. Əhalisinin sayına görə isə ən böyüyü Sinqapur, ən kiçiyi isə yenə də Vatikandır.
Cırtdan ölkələr
Avropada
Asiyada
Afrikada
Amerikada
- Antiqua və Barbuda
- Barbados
- Qrenada
- Dominika
- Sent-Vinsent və Qrenadin
- Sent-Lüsiya
- Sent-Kits və Nevis
Avstraliya və Okeaniyada
Cırtdan ölkələrin iqtisadiyyatı
Cırtdan döpvlətlərin əksəriyyəti respublika quruluşuna malikdir. Bununla belə Lixtenşteyn, Monako, Tonqa, Bəhpeyn monarxiya hejimli və Barbados, Qrenada,, Tuvalu və s. kimi Britaniyanın rəhbərlik etdiyi Birliyə daxil olan dövlətlər var. Birliyə daxil olan ölkələrdə dövlət başçısı nominal surətdə İngiltərə kraliçası hesab olunur. Kraliça ölkədə general-qubernator tərəfindən təmsil olunur.
İqtisadiyyatının inkişaf səviyyəsinə görə bunlardan Avropada yerləşənləri inkişaf etmiş kapitalist ölkələri sırasına daxildir. Qalan dövlətlərin əksəriyyəti iqtisadiyyatı zəif olan inkişaf etməkdə olan ölkələrdir. Bu dövlətlərin içərisində Sinqapur, Bəhreyn kimi dünya kapitalist bazarında fəal iştirak edənləri də var.
İstinadlar
- G.A.Hacıyeva "Dünyanın cırtdan dövlətləri" Bakı,1991, Elm.