Cıdır düzü

Cıdır düzüŞuşa şəhəri yaxınlığında yerləşən, tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını, bir çox yarışları keçirdiyi ərazi.

Cıdır düzü. 2005-ci il

Cıdır düzündə keçirilən yarışlar və ədəbi məclislər

Cıdır düzü ("yarış meydanı") qədim Şuşanın əsas aktiv istirahət yeri idi. Xanın həyətinin ayrıca zorxanası olmasına baxmayaraq, şuşalıların əksəriyyəti, xüsusən də gənclər hava yaxşı olanda Cıdır düzündə görüşməyə üstünlük verirdilər. Meydançanın adının özü ona işarə edir ki, burada insanlar əvvəllər yarış və covqan oyunları, eləcə də qaçış oyunları keçirirdilər. Yeri gəlmişkən, yarışlar təkcə atlarda deyil, dəvələrdə də təşkil olunurdu. At həvəskarı olan İbrahimxəlil xanın hakimiyyəti dövründə yarışlar onun malikanəsində və Cıdır düzündə keçirilirdi. Qaliblərə qarşı comərdcəsinə davranış sərgiləyib, dəyərli hədiyyələr verilirdi. Gənclər at belində yarışmaya daha böyük maraq göstərirdilər. "Baharbəndi" adlı oyunu ən məşhur oyunlardan idi. Atlı, atını sürərkən calpağını, silahını, xəncərini, qılıncını, çuxasını götürüb xüsusi yerə qoyurdu.[1] Sonra isə, ardıcıl olaraq, sürəti azaltmadan onları yığıb taxmalı idilər. "Papaq oyunu" və "Yaylıq oyunu" kimi məşhur oyunlar da Cıdır düzündə keçirilir.

Tarixi salnamələrə və yerli Şuşalıların xatirələrinə görə Cıdır düzü həm də pəhləvanların görüşdüyü və yarışdığı yer olmuşdur. Xüsusən də yerli güləşçilərin tanınmış əcnəbi pəhləvanlarla görüşlərinə çoxlu tamaşaçı toplaşırdı. Cıdır düzündə insanlar həmçinin qoç və dəvə döyüşüləri də keçirirdilər.

Bundan başqa, Cıdır düzü ədəbi-musiqili məclislərinin, musiqi şənliklərinin də keçirildiyi yer idi. Mir Möhsün Nəvvab Cıdır düzündə "Məclisi-Fəramuşan" cəmiyyətinin məclislərini keçirir, bu məqsədlə xalq arasında sonralar "Ağzıyastı kaha" adlandırılan qonşu mağaralardan birini də bir çox şeylə təchiz etmişdi.[1]

Cıdır düzündə insanlar nəinki bayramlarda toplanır, o cümlədən xarici nümayəndə heyətlərinin nümayəndələrini də qəbul edirdilər. Burada təşkil olunan bayram şənlikləri musiqi ilə yanaşı, kəndirbazların, klounların çıxışları ilə müşayiət olunurdu. Şübhəsiz ki, Cıdır düzündən eyni zamanda hipodrom, stadion, konsert meydançası və şəhər meydanı kimi də istifadə olunurdu.[1]

Yeri

Şuşanın qərb hissəsi 1800 metr, şərq hissəsi dəniz səviyyəsindən 1400 metr qalxır.[2] Cıdır düzü Şuşanın cənub nisbətən düz, lakin daha yüksək hissəsindədir.[3] Bu çəmənlik dərəyə və Daşaltı çayının 200 metr aşağıdan axan Daşaltı dərəsinə baxır.[4] Cıdır düzünün kənarındakı cığır qırx pilləkana, Daşaltı dərəsinə və Xan mağarasına aparır. Xan mağarası 1992-ci ildə ermənilər tərəfindən dağıdılıb.[5][6][7]


Qalereya

İstinadlar

  1. Chingiz Qajar. Old Shusha. Baku: Şərq-Qərb. 2014. səh. 169. ISBN 978-9952-448-82-5.
  2. "Regret for Shusha". 27 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2010.
  3. "Public Television. ŞUŞA HƏSRƏTİ". 12 May 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 August 2010.
  4. "Heartbeat of Karabakh". Azerbaijan International. 1998. 25 September 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2010.
  5. "Şuşanın tarixi barədə bildiyimiz və bilmədiyimiz məlumatlar". www.faktxeber.com. 2020-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
  6. "QARABAĞ: BƏRDƏ - AĞDAM- ŞUŞA - KƏLBƏCƏR". 6 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 August 2010.
  7. "Şuşa şəhəri". 25 November 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2010.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.