Cuzeppe Çezari

Cüzeppe Sezari və ya Kavaliere Darpino (it. Giuseppe Cesari, fevral 1568[1][2], Arpino[d], Latsio[3][4][…]3 iyul 1640[3][5][…], Roma[3][4][…])—italyan manyerist rəssam. Kavaliere Darpino (Məsihin süvarisi) titulu ona Papa VIII Klemens tərəfindən verilmişdi. Cüzeppe həm Papa Klement, həm də V Sikstus tərəfindən himayə edilmişdir. Cüzeppenin emalatxanası Karavacconun Romada çalışdığı ilk emalatxana olmuşdur.

Cuzeppe Çezari
Doğum tarixi fevral 1568[1][2]
Doğum yeri
Vəfat tarixi 3 iyul 1640(1640-07-03)[3][5][…] (72 yaşında)
Vəfat yeri
Fəaliyyəti rəssam, memarlıq çertyojçusu[d], memar
Janrlar dini rəssamlıq[d][6], janr rəssamlığı[6], tarix rəssamlığı[6], peyzaj[6], batal janrı[6], mifologiya rəssamlığı[d][6], [6], portret[6]
Stil manyerizm[4][7]
Tələbələri Qvido Ubaldo Abbatini[d], Françesko Alleqrini[d][4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Cüzeppenin atası Mazio Sezari əslən Arpinodan olsa da, rəssam özü 1568-ci ildə Romada anadan olmuşdur. Romada Nikolo Pomarçinoun tələbəsi olan 20 yaşlı Cüzeppenin ilk əsas işi 1589-1589-cu illərdə çalışıb, tamamladığı San Lorenzo kilsəsinin fasadına çəkdiyi rəsm olmuşdur. Bundan sonra o, Çertosa di San Martino kilsəsində çalışmağa başlayır. 1591-ci ildə yenidən Romaya qayıdan rəssam San Luici de Françezi kilsəsinin Kontarelli şapelindəki sərdabə üzərində işləyir. Sezari 1585-ci ildə San Luka Akademiyasının üzvü olmuşdur. 1607-ci ildə rəssam yeni Papa rəhbərliyi tərəfindən həbs etdirilmiş, 1640-cı ildə vəfat etmişdir.

Tələbələri

Cüzeppe Sezarinin oğlanları Muzio və Bernardino rəssamın tələbələri olmuşdur. Bundan başqa Cüzeppe bir çox məşhur rəssam; Françesko Alleqrini da Qubbio, Quido Ubaldo Abatini, Vinçenzo Manenti və Bernardino Parasolenin müəllimi olmuşdur. Cüzeppenin ən görkəmli tələbəsi isə şüphəsiz ki, italyan rəssam Mikelancelo Merisi Karavaccodur. Karavacco 1593-1594-cü illər ərzində Sezarinin emalatxanasında çalışmışdır.

Qalereya

İstinadlar

  1. Cesari, Giuseppe (nid.). RKD.
  2. Roettgen H. CESARI, Giuseppe, detto il Cavalier d'Arpino // Dizionario Biografico degli Italiani (it.). 1980. Vol. 24.
  3. Arpino, Cavaliere d’ (ing.). [Oxford, England]: OUP, 2002.
  4. Union List of Artist Names (ing.).
  5. Giuseppe Cesari (nid.).
  6. https://rkd.nl/explore/artists/16184.
  7. Giuseppe Cesari // Art UK. Art UK.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.