Cümlə

Cümlə — bitmiş fikri ifadə edən söz və ya söz birləşməsidir. Cümlə vasitəsilə bir hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə təhrik olunur.

  • Cümlənin qurulmasında sözlərlə yanaşı, söz birləşmələri də iştirak edir. Heç bir söz və ya söz birləşməsi bitmiş fikir ifadə etmədən cümlə şəklinə düşə bilməz.
  • Cümlə bir sözdən də ibarət ola bilər: Səhərdir.
  • Cümlənin əsasını mübtəda və xəbər təşkil edir ki, bu da cümlənin qrammatik əsası adlanır.
  • Yalnız köməkçi nitq hissələrindən də ibarət cümlə ola bilər. Belə cümlələrə söz cümlə deyilir. Sən gələcəksənmi? -Bəli.

Cümlənin məqsəd və intonasiyaya görə növləri

Hər bir cümlə müəyyən məqsədlə söylənilir. Cümlələr məqsəd və intonasiyaya görə 4 yerə bölünür:

  1. Nəqli cümlə
  2. Sual cümləsi
  3. Əmr cümləsi
  4. Nida cümləsi

Cümlənin quruluşca növləri

  1. Sadə cümlə
  2. Mürəkkəb cümlə

Cümlə üzvləri

Məna və qrammatik cəhətdən bir-biri ilə əlaqədar olan, müəyyən suallara cavab verən sözlərə cümlə üzvləri deyilir. Cümlənin 5 üzvü var:

Baş üzvlər

  1. Mübtəda
  2. Xəbər

İkinci dərəcəli üzvlər

  1. Tamamlıq
  2. Təyin
  3. Zərflik

Ədəbiyyat

Seyidov Y.M., Əsədova T.A, Azərbaycan dili, Bakı, Çaşıoğlu, 2003 (8–9. siniflər üçün dərslik)

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.