Cümə namazı

Cümə namazı - cümə günləri zöhr namazı əvəzinə qılınır. İslam dinində, müsəlmanlar cümə namazını məsciddə camaatla bərabər qilmalıdılar. Bu namaz iki xütbə və iki rəkətlı namazdan ibarətdir.

Xütbələr ayaq üstə oxunur. Peyğəmbərin (s) xütbəni ayaq üstə oxumasını bu ayə təsdiqləyir: "Onlar bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf cumdular." [1]

Quran ayəsi

Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! (Cumuə surəsi, 9-cu ayə)

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.