Cümə məscidi (Yeni Ataqi)
Molla Elax adına Yeni Ataqi Cümə Məscidi (çeç. Элах-моллин цIарах дина маьждиг) — Çeçenistan Respublikasının Şali rayonu Yeni Ataqi kəndində əsas cümə məscidi. Məscid XX əsrin əvvəllərinə inşa edilmişdir. Məscidin binası yerli əhəmiyyətli mədəni irs siyahısına daxildir.
Molla Elax adına Yeni Ataqi cümə məscidi | |
---|---|
çeç. Элах-моллин цIарах дина маьждиг | |
| |
43°08′10″ şm. e. 45°46′28″ ş. u. | |
Ölkə |
Rusiya Çeçenistan |
Status | fəaliyyət göstərir |
Rayon | Kurçaloyevski rayonu |
Yerləşir | Yeni Ataqi kəndi |
Sifarişçi | Əbdüləziz Şaptukaev |
Tikilmə tarixi | 1911-1913 |
Üslubu | Çeçenistan memarlığı |
Minarələri | 1 |
Günbəzləri | 1 |
Material | qırmızı kərpic, ağ mişar daşı |
Vəziyyəti | fəaliyyət göstərir |
Tarixi
Məscidin mərkəzi girişinə yaxın çərçivədə qara mərmərdən hazırlanmış lövhə qoyulmuşdur: "Molla Elax adına məscid 1913-1331" (hicri təqvimi) (çeç. Элах-моллин цIарах дина маьждиг 1913-1331).[1] Molla Elax Dəbirov 1871-ci ildə Yeni Ataqi kəndinin qzısı seçilmiş, on üç il bu vəzifədə qalmışdır. Tikilməzdən əvvəl indiki mərkəzi məscidin yerində 1880-cı ildə ucaldılmış kiçik taxta sökük məscid var idi.
33 il sonra, XX əsrin əvvəllərində Yeni Ataqi kəndinin sakinləri köhnə məscidn yerində təməli qaya qayadan və divarları qırmızı kərpicdən olan yenisini tikmək qərarına gəldilər. 1904-cü ildən sakinlər Bakıdan mişar daşı almağa başladılar. Daş vaqonlarda dəmir yolu ilə Bakıdan Qroznıya gətirilir, oradan isə öküz xaraba ilə kəndə daşınırdı. Bina Bakıdan gətirilmiş mişar daşı ilə tikilmiş, üzərinin dekor bəzəməsi isə qırmızı kərpiclə olmuşdur.[2]
Yeni dövr
Yeni məscidin tikintisinin təşkilatçısı, ağsaqqalların fikrincə, Şeyx Övliya Molla Dəkkə (Əbdüləziz Şaptukayev) olmuşdur. 1911-ci ildə Yeni Ataqinin sakinləri yerli camaatın topladığı vəsait hesabına məscid tikməyə başladılar. Məscidin və minarənin divarlarında, mişar daşı daşlarında (bunlardan 70-i var) perimetr boyunca məscidin tikintisinə maliyyə vəsaiti vermiş Yeni Ataqi sakinlərinin adları ərəb qrafikası ilə həkk olunub.
1937-ci ildə, kütləvi Stalin repressiyaları zamanı məscid bağlandı. Kəndin o vaxtkı qazısı Əbdülhəlim Bersanov SSRİ Xalq Daxili İşlər Komissarlığının qadağasına baxmayaraq, məsciddə xütbə-namaz oxuyurdu. Bu hərəkətinə görə Xalq Daxili İşlər Komissarlığı əməkdaşları onu həbs edib birbaşa məsciddən aparıblar. O, bir çox din xadimləri kimi itkin düşüb.
Böyük Vətən müharibəsi illərində məsciddə hərbi hospital yerləşirdi. Çeçenlərin və inquşların deportasiyası baş tutduqdan sonra 1979-cu ilə qədər məscid taxıl anbarı üçün istifadə edilmişdir. Çeçenlərin sürgündən qayıtdıqdan sonra məsciddən məktəb tikmək istədiklərini təsdiqləyən arxiv sənədi var.
1979-cu ildə Yeni Ataqi sakinləri Mahmud Basxanov və Nəsruddi Matuyev möminlərə dua etmək üçün məscidin geri qaytarılması təşəbbüsü ilə çıxış etdilər. Yeni Ataqi məscidi istifadəyə verildikdən sonra postsovet məkanında dini fəaliyyət üçün açıq olan ilk məscidlərdən biri oldu. Eyni zamanda, Yeni Ataqi sakinləri respublikanın digər kəndlərinin sakinlərinin dəstəyi ilə öz vəsaitləri hesabına məscidin ilk təmirini həyata keçiriblər.
Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov 2008-ci ildə Yeni Ataqi məscidinin bərpasına vəsait ayırıb və köməklik edib.[3] Onun ayırdığı vəsaitlə ilk dəfə məsciddə istilik sistemi qurulub, üst tikili (ikinci mərtəbə) inşa edilib və içərisində müasit tələblərə cavab verən təmir işləri görülüb. Bərpa sayəsində məscidin ərazisi demək olar ki, iki dəfə artaraq 700 kvadratmetrə çatmışdır. 2013-cü ildə Yeni Ataqi cümə məscidinin 100 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur.[4][5]
İstinadlar
- "Центральной мечети села Новые Атаги – 100 лет". serdce-chechni.ru. İstifadə tarixi: 2020-07-14.
- "Страницы летописи села Новые Атаги - Архивное управление Правительства Чеченской Республики". arhiv-chr.ru. 2021-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-14.
- Вахит Бибулатов. Гордость и бесценное достояние // Вести Республики (Газета). — 2013. — 27 noyabr.
- "Центральной мечети села Новые Атаги – 100 лет". ИА Чечня Сегодня (rus). 2020-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-14.
- "Центральной мечети села Новые Атаги – 100 лет | Информационное агентство "Грозный-Информ"". www.grozny-inform.ru (rus). 2020-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-14.