Cümə məscidi (Urmiya)

Cümə məscidiİranın Urmiya şəhərində yerləşən məscid. Urmiya Cümə məscidi Azərbaycan memarlığının SəlcuqluElxani mərhələlərini öyrənmək baxımından önəmli abidədir.

Cümə məscidi
37°33′03″ şm. e. 45°04′33″ ş. u.
Ölkə  İran
Şəhər Urmiya
Yerləşir Urmiya şəhristanı[1][2]
Aidiyyatı Böyük Səlcuq İmperiyası
Tikilmə tarixi XII əsr
Üslubu Səlcuqlu memarlığı
Material daş[d][2], kərpic[3][2], kaşı[3][2]
Vəziyyəti stabil
Cümə məscidi (İran)
Cümə məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Urmiya şəhərinin ən önəmli abidələrindən olan cümə məscidi geniş ərazini tutur. İç həyəti güneydən qapayan uzunsov tikili (uzunluğu 80 metrə yaxın) məscidin əski hissəsidir. Bu hissə də birbaşa tikilməmişdir. Onun kompozisiya mərkəzi tikintisi XII yüzilliyinə aid edilən səlcuq məqsurəsidir. Plan məkan quruluşuna görə Mərənd məqsurəsinə oxşayan Urmiya cümə məscidinin məqsurəsinə sonradan şərq tərəfdən kiçik, qərb tərəfdən isə uzunsov üç nefli iri salon artırılmışdır. İndi məqsurənin kubvari gövdəsi ona bitişik salonların alçaq tutumundan xeyli yüksəyə qalxır.

Urmiya cümə məscidinin özəyi ilkin halında güney tərəfi bütöv, üç tərəfinin hər birində iki uca sivri tağ açırımı olan və günbəzlə (diametri 11,5) örtülən səciyyəvi səlcuq məqsurəsi olmuşdur. Günbəzə keçid bölümü səkkizüzlü tutum şəklindədir. Urmiya Cümə məscidinin mehrabı Elxanilərin hakimiyyəti zamanında — hicri 676-cı ildə (miladi 1277) yenidən işlənmişdir. İri ölçüləri (7,82 m X 5,48 m) və yüksək bədii – texniki səviyyəsi ilə dəyərli gəctəraşlıq əsəri olan bu mehrabın müəllifi Nəqqaş Əbdülmömin Şərəfşah oğlu Təbrizidir. Uzunsov, üçnefli salon görünür həmin çağda tikilmişdir. Cümə məscidinin düzbucaqlı əyətinin qərb, şərq və şimal tərəflərini qapayan hücrələr, yerləşgələr və digər yardımçı binalar sonrakı dövrlərdə inşa edilmişdir.

Görüntülər

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.